Epilepsiya xəstəliyindən əziyyət çəkən sübh namazına dura bilmirsə nə etməlidir?
Sual:
salam.Menim sinif yoldasim epilepsiyadan eziyyet cekir.Namaz qilandi.Mene sual verdiki Subh namazina dura bilmirem.Cunki yuxusunu tam almasa onda ciddi fesadlar toredecek.Mende dedim Subh namazi vacibdi axi?Bele oldugu teqrirde o ne etmelidi?Subh namazina durmasa ona gunah yazilir?
Cavab:
Və aleykum Salam. Namazın Allah qatında qəbul olunması üçün şərtlərdən biri də namazın vaxtında qılınmasıdır. Sinif yoldaşınız bütün vasitələrdən istifadə edib namazlarını vaxtında qılmağa can atmalıdır. Bu vasitələrdən biri də erkən yatmaqdır. Sinif yoldaşınıza erkən yatmağı tövsiyə edirik.