Sübh namazını vaxtı girən kimi qılmaq olarmı?
Va aleykum Salam. Sübh azanı daxil olduqdan sonra ehtiyat üçün 5-10 dəqiqə gözləyib sonra namazı qılmaq məsləhət görülür, çünki dövrümüzdə çox vaxt dan yerinin sökülməsini gözlə görmək mümkün olmur və namazın vaxtları namaz təqvimlərinə əsaslanır. Təqvimlər isə bir neçə dəqiqə fərqli ola bilər.