namaz
"Allahummə-ğfirli" duasının mənası nədir və bu dua hansı namazda deyilir?
Əssələmu aleykum. "Allahummə-ğfirli" duasının mənası "Allahım məni bağışla!" deməkdir. Bu duanı istənilən namazda səcdədə və rükuda demək icazəlidir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rükuda və səcdədə: "Allahım!
İki nəfər birlikdə namaz qılarkən, sonradan gələn namaza necə qoşulmalıdır?
Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. İki nəfər camaat namazı qılarkən üçüncü bir şəxs gəlib onlara qoşulmaq istəsə, əgər arxada yer varsa imamın yanında (sağında) dayananı arxaya çəkməklə ona qoşulur.
Qədr gecəsi qılınan namazı tək-tək qılmaq olarmı?
Va aleykum Salam. Qədr gecəsi ehtimal olunan gecələrdə qılınan namaz "Qiyamul-Leyl" (Gecə namazı) adlanır. Bu namazı həm tək halda, həm də camaat şəklində qılmaq olar. Hər namaz üçün ayrıca dəstəmaz almağa ehtiyac yoxdur. Gecə namazı barədə ətraflı oxuyun:
Sübh namazını vaxtı girən kimi qılmaq olarmı?
Va aleykum Salam. Sübh azanı daxil olduqdan sonra ehtiyat üçün 5-10 dəqiqə gözləyib sonra namazı qılmaq məsləhət görülür, çünki dövrümüzdə çox vaxt dan yerinin sökülməsini gözlə görmək mümkün olmur və namazın vaxtları namaz təqvimlərinə əsaslanır. Təqvimlər isə bir neçə dəqiqə fərqli ola bilər.
Namaz əsnasında yel çıxdığını zənn edən nə etməlidir?
Va aleykum Salam.
Rusiyaya ezamiyyətə gedən səfər namazı qıla bilərmi?
Va aleykum Salam. Əgər qalacağınız müddət bəllidirsə və uzundursa, həmçinin rahatlıq varsa, namazları tam şəkildə qılmalısınız. Əgər qalacağınız müddət bilinmirsə və ya qısa (dörd gündən az) müddətə getmisinizsə namazları qısaltmağınız yaxşıdır.
Namazın həm birinci, həm də ikinci rükətlərində İxlas surəsini oxumaq olarmı?
Va aleykum Salam. Birinci və ikinci rükətlərdə əl-Fatihə surəsindən sonra istənilən surəni oxuya bilərsiniz. Hər iki rükətdə əl-Fatihə surəsindən sonra əl-İxlas surəsini oxumağın məkruh və ya qadağan olunması barədə dinimizdə heç bir dəlil yoxdur.
Hansı namaz daha düzgündür, şiə namazı, yoxsa sünni namazı?
Va aleykum Salam. Bu cavabları oxuyun:
Sünni doğrudur, yoxsa şiə?
Sünni namazı, yoxsa şiə namazı dinimizə daha uyğundur?
Gecənin üçdə biri vaxtı ilə bağlı sual
Va aleykum Salam. Gecənin üçdə biri günlərdə deyil, aylarda fərq edir. Saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlində bu vaxtı öyrənə bilərsiniz.