namaz

Hamamda dəstəmaz alarkən "bismilləh" necə deyilir?

    12.08.2023
Sual: 
Əssəlamu Aleykum.1)Hamda dəstamaz alanda bismilləh dil ilə yoxsa qəlb ilə deyilir haqqa hansı yaxındı? Mən bismilləhi deyib girirəm və dəstamaz alıram düzdü? Qeyd edim hamada ayaq yolu yoxdu adi hamamdı.2)18 yaşım var üzümdə tük seyrəkdi uzadanda pis görünür üzdə az miqdarda saxlamaq şərtilə qırxmaq olar? Ümumiyyətlə bu yaşda nə qədər saxlamaq vacidi saqqal?3)Səhər axşam zikrləri səslə deyilir yoxsa səssiz (pıçıltı ilə)?4)Şükürü mən başa düşmürəm yəni Allaha şükür əlhəmdulilləh deməkdi? Necə Allaha çoxlu şükür edim ? Şükür sözlədi "Şükür Allaha" belə?
Cavab: 

Və aleykum Salam.

Səbəbsiz yerə namazları birləşdirmək barədə hədis varmı?

    07.08.2023
Sual: 
Salam Aleykum Namazları birleşdirib qılınmasına aid hedis vardır bu doğrudurmu? Bur hedisde Peyğemberimiz sallallahu aleyhi ve sellemin bezen namazları birleşdirib qıldığı yazılıb bu doğrudurmu?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) heç vaxt üzrsüz səbəbdən namazları birləşdirməyib. Bu barədə hədis yoxdur. Yalnız üzrlü səbəbdən namazları birləşdirməsinə dair hədis var. Ətraflı oxuyun:

Gecə yatmadan Sübh namazını qılmaq icazəlidirmi?

    07.08.2023
Sual: 
Yatmadan sübh namazı qılmaq olar ?
Cavab: 

Əssələmu aleykum. Sübh namazı da daxil olmaqla hər bir namazı öz vaxtında qılmaq vacibdir. Sübh namazının vaxtı dan yeri söküləndə daxil olur, günəş çıxdıqda isə bitir. Fərq etməz, istər yatıb oyandıqdan sonra, istər gecə yatmadan Sübh namazını vaxtında qılmaq icazəlidir.

Namazın bütün rükətlərində əl-Fatihə surəsi oxunmalıdırmı?

    06.08.2023
Sual: 
Salam subh namazinin ferzinde son ruketde zami sure oxunmalidirmi?bilmeden yalniZca 1.ci ruketde oxumusam namazlarim batil olarmi?
Cavab: 

Və aleykum Salam. Namazın səhih sayılması üçün hər rükətdə əl-Fatihə surəsini oxumaq şərtdir. əl-Fatihə surəsindən sonra surə oxumaq müstəhəbdir, vacib deyil. Odur ki əl-Fatihə surəsindən sonra surə oxunmasa namaz səhih sayılır.

İmamın arxasında dayananlar səfi hansı şəkildə doldurmalıdırlar?

    02.08.2023
Sual: 
Əssələmu aleykum va rahmətullah.Əbu Bəkr məscidində qadınlar üçün ikinci mərtəbədə yer verilib.Fərz namazında camaat hamısı bir sırada olsun deyə qadınlar səfi imamın arxasından başlayıb əvvəlcə sağ sonra isə sol tərəfi doldura bilər?Belə olsa hamı bir səfdə olur.Əks halda bir qism sağ bir qism sol bir qismi də ortada dayanır.
Cavab: 

Və aleykum Salam. İmamın arxasında namaz qılanlar ortadan başlayaraq həm sağ, həm də sol tərəfə eyni qaydada səfləri doldurmalıdırlar. Yəni səfə qoşulmaq istəyənlər ortada -  imamın arxasında dayananlara qoşularaq həm sağ, həm də sol tərəfi doldurmalıdırlar.

Dərsdə və ya məclisdə olarkən buraxdığım namazları qəza etməliyəmmi?

    02.08.2023
Sual: 
Salam men bir neçe yerde baxdım tam degig öyrenmek istiyirem.Namazin qezasi varmı? Cunki bezileri deyir var o biri dünyada soruwulacaq.Meselen men dersde olub qila bilmemiwem ve ya hansisa meclise gedib qila bilmemiwem bu kimi hallarda qeza qilmaliyam ? Şie namazında .
Cavab: 

Və aleykum Salam. Heç bir üzrlü səbəb olmadan buraxılan namazlar qəza edilmir. Bu namazlara görə yalnız tövbə etmək və əvəzində nafilə namazları artırmaq lazımdır. Ətraflı bu cavabları oxuyun:

Pages