namaz

Namaz əsnasında namazı səhv qıldığını düşünəndə namazdan çıxmaq lazımdır?

    22.07.2023
Sual: 
Salam namazi swf qildigini dusunende dayandirib tezden qilmag olarmi.ve namazin sieler gunde 3 defe qilir birlesidirb bunu subut eden aye varmi tesekkurler
Cavab: 

Va aleykum Salam. Namazda edilən həra hansı səhvə görə namazdan çıxmağa ehtiyac yoxdur. Namazda səhv etdiyini düşünən sonda səhv səcdəsi etməklə namazı tamamlamış sayılır. Ətraflı oxuyun:

Namazada "Əuzu Billəhi-minəş-şeytanir-racim" deməsəm namaz səhih sayılırmı?

    21.07.2023
Sual: 
Əssəlamu Aleykum. Bir bacı namaz başdamaq isdəyir ancaq namzda "Əuzu Billəhi-minəş-şeytanir-racim" kəlməsini deməkdən çəkinir. Deyir deməsəm olar? Şeytan sözünü işlətmək isdəmir. Deməsə bir problem olar mı?
Cavab: 

Va aleykum Salam. Namaza başlayarkən əl-Fatihə surəsindən əvvəl "Əuzu Billəhi-minəş-şeytanir-racim" (Lənətlənmiş şeytandan Allaha sığınıram) cümləsini demək müstəhəbdir. Bu cümləni deməmək namazı batil etmir.

Üzrlü səbəbdən namazı oruraraq qılan şəxs imam dura bilərmi?

    19.07.2023
Sual: 
Assalamu aleykum. Camaat namazında imam (xəstə olduğu üçün) namazı oturaq halda qıla bilərmi? Fərz və nafilə namazlarda? Camaat ona nə cür tabe olmalıdır?
Cavab: 

Va aleykum Salam. Xəstəlik səbəbindən imam namazı oturuqlu halda qıldıra bilər. Fərq etməz istər fərz namazı olsun, istər nafilə. Lakin yaxşı olar ki, əgər imam xəstədirsə və ayaq üstə namaz qıla bilmirsə, onu başqası əvəz etsin.

Atam sünni namazı qılmağa qoymur, nə edə bilərəm?

    16.07.2023
Sual: 
Assalamu Aleykum və rəhmətullahi. Mənim ailəm şiədir, amma mən bir az araşdırdıqdan sonra doğru yol kimi əhli sünnə yolunu görürəm , atama deyəndə isə sərt şəkildə reaksiya verir, mən necə namaz qılırsansa sən də elə qılmalısan deyir, bu vəziyyətdə nə edə bilərəm məsləhət verin
Cavab: 

Va aleykum Salam. Bu cavabı oxuyun:

Namazda "istiazə" və "bəsmələ" demək vacibdirmi?

    16.07.2023
Sual: 
Əuzubillahiminə şeytanı rəcim bismillahir Rəhmanır Rəhim sözün namaza başlayanda deməy müstəhəbdir yoxsa niyyətdən soram ?
Cavab: 

Əssələmu aleykum. Namazda "əuzu billəhi minəş-şeytanir-racim" (məlun şeytandan Allaha sığınıram) və "bismilləhir-Rahmənir-Rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümlələri Təkbiratul-Ehramdan (namaza başlayarkən deyilən ilk təkbirdən) sonra deyilir.

Səhlənkarlıq ucbatından buraxılan namazlar qəza edilirmi?

    16.07.2023
Sual: 
Salam.15 yaşimda namaza basladim.Ama sonra tergitdim.Etiraf edirem ki men sehlenkarliqdan kecmiş namazlarimi qilmamişam.Hetta peşman olub qilmişam yene tergitmişem.Indi 34 yaşim var.Allahin iznile başlamisam qilmaga.Keçmiş namazlarimi qilmaliyammi???
Cavab: 

Va aleykum Salam. Səhlənkarlıq səbəbilə buraxılan namazlar qəza edilmir. Bu namazlara görə tövbə etmək lazımdır. Ətraflı bu cavabı oxuyun:

Namaz təqvimləri arasında fərqin olması nədəndir?

    16.07.2023
Sual: 
Salam aleykum ve rehmetullah. Sualım namaz vaxtları ilə bağlıdı. Menim istifade etdiyim namaz teqvimi heç vaxt yasadigim yerle uygun gelmir.. həmçinin sizin paylaşdığınız ana səhifədəki teqvimde uyğun gelmir.. ikindi namazinin ferqli olmağını başa düşmək olar bes subh namazı, şam namazı niye ferqli olur.. her defe men sübh namazini yekunlaşdırana yaxın çöldə azan sesi oxunmağa baslayir.. mənim istifadə etdiyim namaz təqvimi de sizin ana sehifenizdeku kimi gosterir vaxtlari.Etrafli cavablandirsaz sevinerem... Allah razi olsun
Cavab: 

Va aleykum Salam. Namaz vaxtlarını göstərən təqvimlər arasında bir neçə dəqiqə fərqin olması normaldır. Ölkəmizdə yalnız Əsr namazının vaxtı təqvimdəki vaxtdan ciddi şəkildə fərqlənir və bunun səbəbini bu cavabdan oxuya bilərsiniz:

Pages