namaz

Namaz daxil olmazdan bir dəqiqə əvvəl namazı qılmaq sayılırmı?

    31.01.2023
Sual: 
Azana 1 deqiqe qalmış namaza başlayıb 2-3 cü ruketlerde azan verilsə qəza sayılır ?
Cavab: 

Əssələmu aleykum. Namazın səhih sayılması üçün şərtlərdən biri də namazın vaxtının daxil olmasıdır. Namaz vaxtı daxil olmazdan bir dəqiqə əvvəl belə qılınan namaz sayılmır və bu namaz təzədən qılınmalıdır. Ətraflı oxuyun:

İki nəfər camaat namazı qılarkən imamın dəstəmazı pozularsa, nə edilməlidir?

    31.01.2023
Sual: 
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuhu. 2 insan camaat namazı qılarsa və imamın dəstəmazı pozularsa nə edilməlidir.
Cavab: 

Va aleykum Salam. İki nəfər camaat namazı qılarkən imam solda dayanır. Namaz əsnasında imamın dəstəmazı pozularsa namazdan çıxmalıdır, imama tabe olan kəs isə öz namazını qaldığı yerdən davam etməlidir. 

Üç gün it saxlanılan evdə namaz qılmaq olarmı?

    31.01.2023
Sual: 
Evimdə 3 gün it oldu əmanət idi. Getdikdən sonra otağı təmizlədim.xalçanı dəyişdim.həmin otaqda namaz qıla bilərəm?
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, evdə it saxlamaq qadağandır və evində it saxlayan insanın hər gün savablarında bir qirat (uhud dağı boyda) azalır. Əgər namaz qıldığınız yerə itin ağız suyu, nəcisi və ya sidiyi dəyməmişsə bu yerdə namaz qıla bilərsiniz. Bu barədə ətraflı oxuyun:

Möhürsüz şiə namazı qılmaq olarmı?

    31.01.2023
Sual: 
Salam.Mənə heç kim bu sualın cavabını düzgün vermir.Mən şiə namazı qılıram.Amma möhürsüz qılmaq istəyirəm.Şiə olub möhürsüz qılmaq olar? Xahiş edirəm bəli xeyir cavabı ilə dəyərləndirəsiniz zəhmət olmasa bu sualıma cavab verin çox xahiş edirəm
Cavab: 

Va aleykum Salam. Bu cavabı oxuyun:

Möhürsüz amma şiə namazı qıla bilərəmmi?

Qəza namazı deyilən bir namaz varmı?

    12.01.2023
Sual: 
Salam.Qeza Namazı deye birşey varmı? Hansısa ayede tesdiqlenirmi?
Cavab: 

Va aleykum Salam. Unutduqda və ya səhlənkarlıq etmədən yatıb qaldıqda buraxılan namazların qəzası qılınır. Bilə-bilə və ya səhlənkarlıqdan buraxılan namazlar böyük günah olduğu üçün qəza edilmir. Bunun üçün tövbə etmək və nafilə namazları artırmaq lazımdır.

Namaz qılmayan insan oğurluq və zina edənlə eyni dərəcədə günah etmiş sayılırmı?

    12.01.2023
Sual: 
Salam.Necəsiniz?Namaz qilmamagin böyūk gūnah olduğunu başa ďūşūrəm.Ogurluq etmək,zina etmək də böyūk gunah sayilir.Bununla belə mən belə başa dūşūrəm ki əgər biri namaz gilmirsa zina yaxud oğurluq etmiş adamla eyni gūnah sahibidir.Xahiş edirəm əgər mənim bu fikrim doğrudursa Quran ayəsi və ya hədislərlə izah edin.Cox sağ olun.Allah sizdən razi olsun. i
Cavab: 

Va aleykum Salam. Namaz qılmaq Uca Allahın insanlar üzərində olan bir haqqıdır. Çünki Uca Allah insanı məhz Ona ibadət etmək üçün yaratmışdır. Yaradılışın əsas qayəsi də elə budur.

Pages