namaz

Namaz qılmaq istəyirəm, lakin həyat yoldaşımın icazə verməyəcəyindən qorxuram

    12.04.2023
Sual: 
Salam . Men aileliyem hemde işleyirem . Namaz qilmaq isteyirem ve namazin qilinma qaydasini bilirem öyrenmişem . Amma meni bir şey narahat edirki men ne yoldaşima ne de evdekilere qaynanama bunu nece deyim deye düşünürem . Qorxuram ki mene icaze vermezler . Nece edim ki men bunu onlara deyim ? Men isteyirem ki yoldaşimda qilsin amma qorxumdan onada bir söz deyemirem ki , birden icaze vermez
Cavab: 

Va aleykum Salam. Ağlı başında olan hər bir müsəlmana namaz qılmaq vacibdir. Ailə üzvlərinizə namaz qılmağın önəmini və fəzilətini anladın. Bu barədə ətraflı bu linklərdən oxuyun:

Fərz namazlarda əlləri qaldırıb dua etmək bidətdir?

    12.04.2023
Sual: 
Əssəlamu əleykum fərz namazlarda əllərini qaldırıb dua etmək bidətdir
Cavab: 

Va aleykum Salam. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) və səhabələr fərz namazlarında yalnız şiddətli müsibət vaxtlarında, adi vaxtlarda isə yalnız vitr namazında qunut duası ediblər. Ona görə də fərz namazlarında həmişə qunut tutmaq düzgün deyil.

Yaddaşı zəif olan insan namazı necə öyrənə bilər?

    12.04.2023
Sual: 
Salam. Mənim yaddaşım bir az zəifdir. 15 yaşım var. Namaz qılmağı öyrənmək istəyirəm. Lakin necə öyrənəcəyimiz bilmirəm və yadımda qalmır. Necə edim ki namaz qılmağı öyrənim?
Cavab: 

Va aleykum Salam. Yaddaşınız zəifdirsə namazın sözlərini vərəqə yazıb əzbərləyənə qədər vərəqdən oxuyaraq namaz qılın. Ətraflı bu cavabları oxuyun:

Namazın vaxtı bitəndən az sonra namazı qılmaq sayılırmı?

    01.03.2023
Sual: 
Essalamu eleykum.Namazin vaxti bitennen berez sonra qilsaq Allah qebul eder? Yeni bunla bagli sure var? Yeni Namazin vaxtin bittiyini bilmiyende ve yaddan cixanda
Cavab: 

Va aleykum Salam. Uca Allah beş vaxt namazı müəyyən vaxtlarda vacib edib və namazın qəbul olunmasının şərtlərindən biri də bu namazları vaxtında qılmaqdır. Uca Allah buyurur: "... Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisə, 103).

İşim çıxanda qılmadığım namazları qəza edə bilərəmmi?

    17.02.2023
Sual: 
Salam men namazi dayandırıb sonra yeniden qiliram arada iş çxanda qıla bilmesem o qeza sayilir ?10 gündü başlamışam
Cavab: 

Va aleykum Salam. Səbəbsiz yerə səhlənkarlıq üzündən buraxılan namazlara görə tövbə etmək lazımdır, bu namazlar qəza edilmir. Yalnız unutmaq və ya yatıb qalmaq kimi üzrlü səbəbdən buraxılan namazları dərhal, yəni xatırlayan kimi və ya oyanan kimi qəza etmək olur.

Fərz namazından əvvəl qılınan ratibə namazları fərzdən sonra qılmaq olarmı?

    08.02.2023
Sual: 
Salam.Zőhűr işa namazının őnce ferzini qılıb daha sonra sunnesini qılmaq olarmı?Ezan oxunan kimi ferzi qılmaq olar?
Cavab: 

Va aleykum Salam. Fərz namazlarına bağlı olan ratibə sünnələri (sünnə namazları) vaxtında qılmaq daha əfzəldir. Ratibə namazları on iki rükətdir.

Pages