Namaz qılmaq qadağan olunan vaxtlar barədə
Va aleykum Salam. Namaz cədvəllərində göstərilən "Məğrib" namazının vaxtı eyni zamanda günəşin batdığı vaxtdır. Əsr namazından sonra bu vaxta qədər səbəbsiz nafilə namazı qılmaq olmaz.
Va aleykum Salam. Namaz cədvəllərində göstərilən "Məğrib" namazının vaxtı eyni zamanda günəşin batdığı vaxtdır. Əsr namazından sonra bu vaxta qədər səbəbsiz nafilə namazı qılmaq olmaz.
Va aleykum salam. Namaza başlayarkən edilən ilk təkbir (Ehram təkbiri) namazın rüknü sayılır və bu təkbir edilmədən başlanan namaz səhih deyil. Əgər yadınıza düşdükdən sonra qayıdıb Ehram təkbirini demisinizsə namazınız səhihdir və bunun üçün səhv səcdəsi etməyə ehtiyac yoxdur.
Va aleykum Salam. Allahın yolunu tutmaq istəyən bir insanın ağlına Allah barədə pis düşüncələrin gəlməsi şeytandandır və bu sizin doğru yolda olmağınıza dəlalət edir. Şeytan bu yolla sizi şübhəyə salıb ümidinizi qırmaq istəyir.
Va aleykum salam. Namazları bir daha tərk etməyin, onları davamlı şəkildə qılın, Allahdan yardım diləyin və ümidinizi üzməyin. Bilin ki, şeytan insanın ibadətinə mane olmağa çalışır. Nə qədər çətinlik çəksəniz də, ruhdan düşməyin və namazdan əl çəkməyin.
Va aleykum Salam. Bu cavabı oxuyun: Duha (quşluq) namazı nədir və necə qılınır?
Va aleykum salam. Bilərəkdən fərz namazları buraxmaq böyük günahdır. Buraxılan fərz namazların heç bir əməllə əvəzi verilə bilməz. Buna görə tövbə etmək və bir daha bu günaha qayıtmamaq lazımdır.
Va aleykum salam.
Va aleykum salam. Namaz qılarkən rüku və səcdədə deyilən zikrlər səhih hədislərdə Peyğəmbər tərəfindən bildirilmişdir. Yaxşı olar ki, namaz qılan bu zikrləri buyurulduğu kimi desin və onlara bir şey əlavə etməsin, yaxud onlardan bir şey əskiltməsin.
Və aleykum Salam. Təşəhhüdü nəzərdə tutursunuzsa, təşəhhüd iki rükətli namazlarda yalnız axırıncı rükətdə, üç rükətli namazlarda ikinci və üçüncü, dörd rükətli namazlarda isə ikinci və dördüncü rükətlərdə deyilir. Daha ətraflı: