Namaza başlayarkən təkbirin yerinə "Allahu azim" demək olarmı?
Va aleykum salam. Namaza başlayarkən "Allahu əkbər" demək namazın əsaslarından sayılır və onun əvəzinə başqa bir zikr demək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən necə namaz qılıramsa, siz də elə qılın!" (əl-Buxari, 6857).