namaz

Ailə üzvlərim ayaqyolunda təmizliyə riayət etmədiyi üçün hər tərəfin murdar olduğunu zənn edirəm...

    19.03.2019
Sual: 
Əssalamj aleykum. Sualıma görə üzr istəyirəm amma bu məsələ məni çox narahat edir . Yaşadım evdə namaz qılmayan şəxslər var və onlar təharət qaydalarına əməl etmirlər.Üzr istəyirəm subaşına ayaqüstə çıxırlar və təbii olaraq ətrafa sıçrayır.Mənim ağlıma gəlir ki,nəcis onların ayaqlarına və tapuçkanın üstü açıq olduğundan ona da sıçrayır və hər dəfə ayaqlarının altı batır.Sonra evdə gəzib evi də batırırlar.Və mən evdə namaz qıla bilmirəm. 1)Bu vəsvəsədi? mən nə edim? 2)Əgər onların geyindiyi tapuçkanı geyinib namaz qılmışamsa batildir?
Cavab: 
Və aleykum Salam. Belə məsələlərdə xırdaçılığa yol vermək, dərinə getmək şeytanın vəsvəsələrinə qapı açır.  Ona görə də şübhəyə düşərək vəsvəsələrə fikir verməyin, çünki vəsvəsədən xilas olmağın yolu həmin vəsvəsələrə fikir verməməkdir.

Xəstəliklə əlaqədar olaraq bağırsaqdan tez-tez yel çıxması dəstəmazı pozurmu?

    19.03.2019
Sual: 
Salam men text tez yel buraxiram Buda xesteliyime goredir.bilmey isteyiremki destemazim pozulurmu men ne etmeliyem.
Cavab: 
Və aleykum Salam. Belə xəstəlik olduqda üzrlü sayılırsınız, hər namazdan əvvəl dəstəmaz alaraq namazı qılın və namaz vaxtı yel çıxarsa fikir verməyərək davam edin.

İşlərim yoluna düşmədiyi və qüsl almaq çətin olduğu üçün namazları qəza edirəm...

    12.03.2019
Sual: 
Aleykum salam.Men namaz qilmisam ama arada atmisam ve sonra yeniden baslamisam bari bir nece defe tekrarlamisam indide qiliram yanliz qezaya cox qalir 1 gun qila bilirem 2 gun yox hem isimle elaqedar hemde qusul almaqla elaqedar.Men namaz qilmasam bir muddet aile heyati quranacan her sey yoluna dusenecen isimde bes bu mumkunmu allahim bagislayarmu meni xais edirem cavablandirin bunu ilk novbede indiden tesekkur edirem.
Cavab: 

Və aleykum Salam. Namaz qılmamaq və ya qılıb sonra tərk etmək həlakedici günahlardandır. Həmçinin heç bir üzürlü səbəb olmadan namazları qəzaya saxlamaq da böyük günahlardandır.

Qəlbimdə yenidən namaza sevgi yaranması üçün nə edim?

    11.03.2019
Sual: 
Salam.mən 6 ildi namaz qılırdı ama təbiki bəzən atıb qılmışam.ama indi isə qılmıram Allahdan qorxuram ama içimnən gəlmir sanki.və bu məni çox qorxudurki Allahın qəzəbinə tuş gələ bilərəm.bəs mən necə edimki namaza sevgi yaransın içimdə?
Cavab: 
Və aleykum Salam. Namaza başlamaq üçün qəlbdə sevgi yaranmasını gözləmək lazım deyil, çünki iman həmişə sabit olmur, artıb-azalır. Siz gecikmədən namaza başlayın və imanınızı artırın, imanınız artdıqca xeyirli əməllərə sevginiz də Allahın izni ilə artacaq. Daha ətraflı:

Bəzi məzhəblərdə namaz vaxtlarının girməsi haqqında

    11.03.2019
Sual: 
Salam bele bir sualım var demek eşitdiyime göre şie mezhebinde namaz vaxtları bir girir. Bu duzdurmu? Bunun hansısa delil subutu varmi? Sualımı cavablandırsanız sevinerem
Cavab: 

Və aleykum Salam. Qurani kərim və səhih hədislərə əsasən namaz gündə 5 vaxtda qılınmalıdır. Daha ətraflı:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

İnsanlar "nə çox namaz qılır" fikirləşməsinlər deyə namazları tez qılmağım doğrudurmu?

    10.03.2019
Sual: 
Assalamu aleykum ve rehmetullah Sualım belədir mən tək namaz qılanda bacardığım qədər tələsməməyə çalışıram və namaz uzun olur,məsciddə olanda isə namazı biraz tez qılıramki insanlar deməsin nə çox namaz qılır. Mənim bu etdiyim doğrudur yoxsa yalnış əməldir? Allah subhanahu və təala elminize bereket versin.
Cavab: 

Və aleykumus-Sələm və rahmətullah. İstər təklikdə, istərsə də camaat arasında olarkən etdiyiniz xeyir əməli ixlasla - yalnız Allah rizası üçün edirsinizsə, "bunu görənlər barəmdə nə zənn edər" düşüncəsi ilə onu heç bir halda tərk etməyin və ya qısaltmayın.

40 gün ərzində namazları məsciddə qılmaq haqqında

    04.03.2019
Sual: 
salam,bildiyim qədər 40 gün məsciddə namaz qılmağın savabı çox böyükdür.40 gün ərzində ancaq sübh namazını məsciddə qılmaq lazımdı ya bütün namazları?
Cavab: 
Və aleykum Salam. Müəyyən gün təyin etmədən bacardığınız qədər namazları məsciddə camaatla qılmaq savabı çox böyük olan əməllərdəndir. Daha ətraflı:

İylənmiş ət halal sayılırmı?

    27.02.2019
Sual: 
salam əleyküm.1)Qarin qutabi bişirilən heyvanın qarını (biraz qoxumuşu) halal sayılırmı? 2)Dini şən mahnını oynamaq olarmı? 3)Dəsdəmaz alarkən 3 dəfə qulaqlara və boyuna 1dəfə məhz çəkilir düzgündürmü? 4)Baliq və üstü pulcuqsuz olan balığı yemək halal sayılırmı? 5) Namaz qılarkən sağ tərəfə euzu billahi mineş şeytanir raciyim deyib 3dəfə tüpürsəmdə yenədə namaz qılarkən fikrim yayınır və ağlıma düşüncələr gəlir sonra bağışlanma diləyirəm, başqa nə edə bilərəm? Bu artiq şeytanın əməli deyilmi? 6) Nafilə namazda səhf edərkən səhv səcdəsi etmək lazımdırmı? 7) Antibiotik vurmaq günahmıdır?
Cavab: 

Və aleykum Salam.

Pages