namaz

Minikdə gedərkən fikrindən keçirərək namaz qılmaq olarmı?

    25.11.2018
Sual: 
Salam Aleykum. Fikir Namazı deyilən bir şey var? Yəni Zöhr və Əsr namazlar qəzaya düşüb səndə olduğun yerdən asılı olmayaraq(avtobus,metro və s.) beynində Namazı fikir eliyib qılırsan. Var belə bir şey?
Cavab: 
Va aleykum Salam. İslamda fikir namazı və hər hansı bir halda fikrindən keçirərək namaz qılmaq anlayışı yoxdur. Daha ətraflı:

Rükuda hara baxmaq lazımdır?

    24.11.2018
Sual: 
Salam aleykum rukuda hara baxmaq lazimdi mohura yoxsa awaqi.birda fatiha surasi (an-anta.)oxuyur yoxsa(an-amta).
Cavab: 
Va aleykum Salam. Namaz qılarkən yalnız səcdə olunan yerə baxmaq lazımdır. Möhürlə namaz qılmaq haqqında isə şəriətdə heç bir səhih məlumat yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı möhürlə qılmamış, onun dövründə nə özü, nə də heç kəs belə etməmişdir.

Toydan sonra qırx gün namaz qılmamaq günahdırmı?

    24.11.2018
Sual: 
Salam.duz deyirler ki, toydan 40 gun sonra namaz qilmamaq gunah deyil nedeki qezasi yiqilimkr bele bir melumat duzdu
Cavab: 
Va aleykum Salam. Toydan sonra qırx gün namaz qılmamaq doğru deyildir. Çünki, namazı heç bir halda tərk etmək, dayandırmaq olmaz, yalnız qadınların heyz və nifas halları istisnadır. Həmçinin, heç bir üzürlü və zəruri səbəb olmadan da fərz namazlarını qəzaya saxlamaq olmaz. Daha ətraflı:

Əməliyyat səbəbilə rüku və səcdəni tam yerinə yetirə bilmədiyim üçün namazı necə qılım?

    20.11.2018
Sual: 
Salam eleykum.Men sidiy saxlamamaqla baqli xestekikden nece ildi ki eziyet cekirem.Men Namazi saxlamaq mecburuyetinde qalmisam. Bu axxinti qeyri ixtiyari axibti olur.Men nece edim. Namaz qilim. Qorxuram Namaza baslayayan zaman Namaz vaxti da6anmadan axintisi olar.Ve burun emeliyatida olmusam secdeye ve rukuya tam gede bilmirem. Cevsb yazsaz cox sad olaram ve meni bu narahatciliqdan qurtararasiz.Yuxaridaki bezi soze gore uzur isteyirem.
Cavab: 
Va aleykum Salam. Qadın yalnız heyz (aybaşı) və nifas (doğuşdan sonra qırx gün ərzində baş verən qanaxma) olmaqla iki halda namazları tərk edir. Qeyd etdiyiniz hal isə namazı dayandırmağa əsas vermir. Bu hal sizdən asılı olmayaraq baş verdiyinə görə üzrlü sayılırsınız.

Zöhr və əsr namazları arasındakı vaxt nə qədərdir?

    20.11.2018
Sual: 
Salam aleykum.bir necə sualım var.1.kirvə tutudugun insanla qohum olmaq olmaz deyirlər.yəni qız alıb qız vermək kimi .nə qədər dogrudur bu?.2.zohr və əsr namazı arasindaki vaxt nə qədər olur?3.məgrib namazı gunəs əgər 18:31 de batirsa o zaman girir??4 mən subay olanda namaz qılırdim.ailə qurandan sonra usaq ailə namazı saxladım.və yenidən qiliram.fərz sunnət sonrada qilmadigim illərdə olan namazlarimin qəzasın qılıram.düzmü edirəm.deyirlər sünnət bu namazlari əvəz edir.ama mən yenədə qilıram.
Cavab: 
Və aleykum Salam.
1. İslama görə nə kirvə deyilən bir anlayış, nə də evlənmək məsələsində kirvəliklə bağlı bir qadağa yoxdur. Daha ətraflı:

Pages