namaz

Namaz videosunda olan təşəhhüd düz yazılıbmı?

    12.11.2017
Sual: 
Salam aleykum ve Rahmatullahu ve Berakatuhu.Siz namaz nece qilinir vidiosunda 4 cu ruketde Allahumma inni euzubike min ezabil cehennem ve min ezabil qabr yerine min ezabil qabr sonra min ezabil cehennem yazmisiniz.Vidionun altinda sozlerde ise duzgun yazilib sef etmiremse.
Cavab: 
Va aleykumus-Sələm va rahmətullahi və bərakətuhu. Qeyd etdiyiniz dua iki şəkildə gəlmişdir. Biz də bunun hər ikisini - birini namaz videosunda, digərini də alt yazıda qeyd etmişik. Bax:

Namaz qılarkən ağlamaq olarmı?

    12.11.2017
Sual: 
Namaz qilarken allahim sene siqinib senden isteyirem deye dua ederken aqlamaq olarmi
Cavab: 

Salam aleykum. Həm namazda olmadığınız halda, həm də namaz qılarkən səcdədə dua edərək ağlamaq olar. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dua edərkən və namaz qılarkən ağlamışdır.

İşlədiyim üçün üç dəfə namaz qıldığıma görə günah qazanıram?

    12.11.2017
Sual: 
Salam aleykum. Mən işləyirəm və buna görə 3 vaxt namaz qılıram. Bu günahdırmı?
Cavab: 

Va aleykum Salam. Uca Allah bütün müsəlmanlara gündə beş vaxtda namaz qılmağı vacib buyurmuşdur. Uca Allah buyurur: "Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur.

Qadınlar namaz qılarkən təkbirdə əllərini qulaq dibinə gətirməlidirlər?

    11.11.2017
Sual: 
Salam men 10 gun olar namaz qiliram qadinlarda namaz qilarken Allahu ekber deyende ellerini qulaq dibinemi getirmelidi.men gece namazida qilmaq isdeyirem onu nece etmeliyem ve sozlerini mene anlatardiz cox xahis edirem
Cavab: 
Va aleykum Salam. Namazda təkbir (Allahu Əkbər) deyərək əlləri qulaq dibinə gətirmək yox, qulaq səviyyəsinə qədər qaldırmaq lazımdır.

Namaz qılmadığı halda yaxşı əməllər edəni Cəhənnəmdə əzab gözləyirmi?

    11.11.2017
Sual: 
Namaz qilmayan sexs,pis emellerden cekinerse, ve hemise oruc tutarsa,hemin sexsi o dunyada cehennem ezabi gozleyirmi? Qeyd edim ki, hemin sexs hemise namaz qilmaga sey gostermis amma nesib olmamisdir.
Cavab: 
Va aleykum Salam. Namaz qılmamaq böyük günah və insanın Cəhənnəmə düşməsinə səbəbdir. Uca Allah buyurur: "Hər bir kəs qazandığının girovuna çevrilir, sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar – günahkarlar barəsində.

Azanı eşidən insan namaz qılmamağına görə üzrlüdürmü?

    11.11.2017
Sual: 
uzur oduki hakqi bilmir melumati yoxdur.gunde 5 vaxt azani esidene hakqi satdirilana ve inkar edene neyi uzur getirirsiz?ozune muselman deyib peygemberi soyen istehz edende muselmandi?
Cavab: 
Salam aleykum. Kiminsə kafir, müşrik olduğunu demək bizim vəzifəmiz deyil. Bir insan bilmirsə, düzgün başa salınmayıbsa, lakin özünü İslama nisbət edirsə, belə insana kafir hökmü verilmir.

Sübh namazını qəzasını günəş çıxarkən qılmaq olarmı?

    08.11.2017
Sual: 
Salam.Deyilir ki,subh namazini gunes gozle gorunene qeder qilmaq olar,eger yatib qaldiqda veya her hansi bir uzrlu Sebeb olduqda gunes cixdiqdan sonra bele qilmaq olar.Sonra burda oxudum ki,deyirsiz,gunes cixanda sonra namaz qilmaq olmaz cunki gunes seytanin buynuzlarinin arasindan cixir.Indi deqiqlesdirmek isteyirem, uzrlu sebeb olduqda gunes cixdiqdan sonra namaz qilmaq olar ya yox?
Cavab: 

Va aleykum Salam. Bu qadağa nafilə namazlara aiddir. Namaza yatıb qaldıqda və ya unutduqda, yuxudan oyanan kimi və ya yada düşən kimi həmin namazı qılmaq lazımdır.

Namazı möhürlə, yoxsa möhürsüz qılım?

    08.11.2017
Sual: 
Salam Aleykum.siz möhürlə namaz qılmaq haqqında suallara cavab veribsiz. Mən özüm möhürlə qılıram. Ama verdiyiniz cvblardan sonra şüphə yarandı içimdə.youtubdaki mozidələrdə çox insan möhürlə qılınmalıdı deyilir. Nəyə inanacağımı bilmirəm. Amma Peyğəmbərlərimizdə möhürsüz qılıb. Xahiş edirəm cavablandırasz. Çox şüphə içindəyəm
Cavab: 
Va aleykum Salam. Möhürlə namaz qılmaq haqqında şəriətdə heç bir səhih məlumat yoxdur. Bunları deyənlər mötəbər kitablardan səhih dəlillər gətirməlidirlər. Əks təqdirdə onların sözü götürülmür.

Zöhr namazını gün batana qədər gecikdirmək olarmı?

    08.11.2017
Sual: 
Salam. Zohr namazini gun batana qeder qilmaq mumkundur? ve yaxud Sam namazini gece yarisina qeder qilmaq olar? bes Azan neye gore 3 defe oxunur?
Cavab: 
Və aleykum Salam. Zöhr namazını günbatana qədər gecikdirmək olmaz. Zöhr namazını yalnız səfər, xəstəlik və digər zəruri hallarda Əsr namazının vaxtı ilə birləşdirərək Əsr namazı ilə birlikdə qılmaq olar.

Pages