Kişi namaza imamlıq edərkən səhv oxuduqda arxasındakı qadın onun səhvini düzəldə bilərmi?
Sual:
Salam aleykum. Qadın kişilərin arxasında namaz qılır və imam Quranı qiraət edərkən xəta edir və heç kəs onun xətasını düzəltmir, belə olduğu halda qadın düzgün oxunuşu bilirsə onun xətasını düzəldə bilərmi?
Cavab:
Va aleykum Salam. Əgər belə bir hal əl-Fatihə surəsinin oxunuşunda baş verərsə, o zaman qadına vacibdir ki, (kişi) imamın xətasını düzəltsin. Çünki, imam əl-Fatihə surəsinin oxunuşunda xəta edərsə, onun namazı doğru deyil.