namaz

İşdə Əsr namazını qılmağa icazə vermədiklərinə görə Zöhrlə Əsri bir vaxtda qıla bilərəmmi?

    13.12.2017
Sual: 
Salam gunorta ile ikindi namazini nece birlesdirmek olar.Gunorta namazini qildiqdan sonra yene niyet edib ikindi namazini qilmaliyam mene isde ikindi namazini qilmaga icaze vermirler ancaq gunorta namazini qila bilirem .isde her gun sozlerinen qelbimi qiran műdűrun etdiyi pislikleri basqasina danismaq pis bir insan oldugunu soylemek qeybetmi sayilir gunaha batmis olurammı?
Cavab: 
Və aleykum Salam. 
1. Səfərdə olmayan insan namazları müəyyən çətin hallarda birləşdirə bilər, lakin bu adət halını almamalıdır. Daha ətraflı: Zərurətdə namazı birləşdirmək olarmı?

Namaza başlamağa mane olan şübhələr...

    12.12.2017
Sual: 
Salam aleykum. Namaz qılmaq istəyirəm? amma fikirləşirəm ki, birdən haçansa namazı tərk edərəm və daha böyük günah olar. Belə fikir düzdürmü?
Cavab: 

Və aleykum Salam. Namaza başlamaq istəyənə müxtəlif vəsvəsələr gəlir. Şeytan bu vəsvəsələrlə insanın namaz qılmasının qarşısını hər vəchlə almaq istəyir. Bu vəsvələrə fikir vermək lazım deyil. Bu vəsvəslərin bəzilərini qeyd etmək istəyirik:

Bədii əsərlərdə qadın və kişi münasibətləri haqda oxumaq günahdırmı?

    02.12.2017
Sual: 
Salam.1ci sualım odur ki,müəlliməyəm bəzən bədii əsərlər oxuyarkən qadın kişi münasibətlərindən açıq şəkildə bəhs olunur və mən oxuyuram.Bu günahmıdır?.Günahdısa nə etməliyəm?.2ci sualım odur ki,Namaz qılarkən dalıram.Namazın sözlərini deyirəm və dediyimi eşidirəm amma ağlımda başqa fikirlər olur.Mən namaz qılarkən ağlımda nə düşünməliyəm?.Necə edim fikrim başqa şeylərə getməsin?3cü saulım əgər mənə pislik etmiş birinin mənə etdiyi pislikləri başqasına danışıramsa bu qeybət sayılır?İndidən təşəkkür edirəm.Sayənizdə çox şey öyrəndim.
Cavab: 
Va aleykum Salam.
1. Allahın əmrlərinə zidd şeylər olmamaq şərtilə bədii ədəbiyyat, şeir oxumaqda və ya yazmaqda heç bir qadağa yoxdur. Qadın kişi münasibətlərinə toxunan və intim münasibətlərdən bəhs edən kitablar oxumaqdan isə çəkinmək lazımdır. 

Namazın qəzası varmı?

    28.11.2017
Sual: 
salam aleykum namazin qezasi var yoxsa yoxdu orucun qezasi var bunu bilirem bes namazin qezasi var
Cavab: 
Va aleykum Salam. Namazın qəzası deyildikdə, vaxtında qılmağı unutduqda və ya yatıb qaldıqda qılınmayan namaz nəzərdə tutulur.

"Bu iş düzələrsə namaz qılacam" - deyib nəzir etmək olarmı?

    21.11.2017
Sual: 
Salam.sizden cox xahis edirem menim sualimi cavablandirasiz indiden tesekkurler.usaqlarimin qan analizinin cavabini gozluyurduk mirmohsun aganin ziyaretgahina getmisdik orada agliyirdim ve qorxurdum ki pis netice ola biler ve men orda dedim ki analizlerin cavabi temiz olsun men namaz qilacam .ve sukur temizde cixdi 6aydi namaz qiliram bu ne derecede duzdu
Cavab: 
Va aleykum Salam. Pirlərə getmək, orada dua etmək, nəzir demək, qurban kəsmək, onlardan yardım istəmək və s. ibadətləri onlara sərf etmək Allaha şərik qoşmaqdır. Bu isə ən böyük günahdır. Nəzirə gəlincə isə namaz qılmaq kimi fərz əməlləri nəzir etmək olmaz.

Zöhr və Əsr namazlarını qılmamaq günahdırmı?

    19.11.2017
Sual: 
Salam.Mənim işimlə əlaqədar olaraq zöhr və əsr namazlarını qıla bilmirəm vaxtından əvvəl da qılmaq günahdır bildiyimə görə.Sadəcə sübh ,axşam və işa namazlarını qılıram.2 namazı qılmamaq günahdırmı?
Cavab: 
Va aleykum Salam. Heç bir halda fərz namazlardan biri olsa belə tərk etmək və ya qəzaya buraxmaq olmaz, çünki bu böyük günahlardan sayılır.

Pages