qadınlar

Boşanmış qadınla evlənmədən münasibət qurmaq olarmı?

    03.10.2021
Sual: 
Salam. Boşanmış bir qadınla evlənmədən, onun razılığı ilə münasibət qurmaq olar? Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Va aleykum salam. Naməhrəm bir qadınla münasibət qurmaq üçün mütləq onun vəlisinin (ata, qardaş, əmi və s.) izni ilə və iki şahidin iştirakı ilə kəbin kəsdirmək lazımdır. Həmçinin, qadına mehr verilməlidir.

Ərinin ona xəyanət etməsindən şübhələnən qadın nə etməlidir?

    03.10.2021
Sual: 
Salam men sevib evlenmiwem ama yoldawim meni bacimla aldadib hal hazirda da oban daniwdigini bilirem ama subut ede bilmirem hec kim mene inanmir menim onunla evli qalmagim gunahdirmi? Ondan bowanmaliyammi? Ne edeceyimi bilmirem sualimi tez cvb vererdiz cox xaiw edirem indiden sagolun
Cavab: 

Va aleykum salam. Hər şeydən əvvəl bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Sadəcə zənlə və ya yəqin bilmədiyiniz bir şeyə əsasən belə qənaətə gəlməyiniz şəriətə uyğun deyil.

Bir müddət hicabsız namaz qılmaq olarmı?

    02.09.2021
Sual: 
Salamaleykum mən bir müdətlik hicabsız namaz qıla bilərəmi. Mənim 14 yaşım var amma sonra hicab bağlayacam hələlik imkan yoxdu hocab almağa xaiş edirəm mənim suallımı cavablandırın çox vacibdi mənə
Cavab: 
Və aleykum Salam. Əgər siz namaz qılarkən geyinilən paltarı nəzərdə tutursunuzsa, hicabsız namaz qılmaq olmaz, çünki hicabsız qılınan namaz qəbul olmur.

Əri tərəfindən xəyanətdə ittiham olunan qadın nə etməlidir?

    02.08.2021
Sual: 
12 ildirki sevdiyimlə aila qurmuşam 10 ildiki xoşbəxtidik 3 ovladimiz var 2 ildiki yoldaşim məna zina iftirasi atdi sən bloka lift duzəldənnən girdin deməli onnan yatirsan sonra isə işivin yaninda maşin siqnal verdi deməli onnan yatirsan gedib o kişilərə yaxinlaşib məni sorguladi mən həkim işləyirəm mənə doydu ailəsinin önundə təhqir etdi yenə doydu pis hala saldi uşaqlarima onu sevdiyimə gorə səbr edib dozdum namaz qildim hicab bagladim iş yerimi 2 illik dondurdum ərim mənnən 2 ildi danişmir məni yataq otaqina qoymur mənnən özunun urayi istayanda ayda 1-2 dafa yaşayir sora məni otaqdan qovur
Cavab: 

Salam aleykum. Sözsüz ki, ərinizin sizə qarşı belə davranışı doğru deyil.

Qızın ailəsi kəbini pozmaq istəyir, lakin oğlan razı deyilsə, nə etmək lazımdır?

    29.07.2021
Sual: 
Salam. Menim parquaq niwanli di kebini de kesilib amma kebin kesdiyi hemin oglan rusiya da qalir neçe ildi ki görmürler bir birin oğlan ne edir orda nağarır heç xeberi yoxdu qızla da maraqlanır heç qızda ne qeder deyib oğlana ailesine kebini pozmaq üçün oğlan razı olmur heç cüre sizde yardım isteyirik .
Cavab: 
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, kəbin kəsildikdən sonra oğlanın öz zövcəsindən uzun müddət uzaqda yaşaması kəbini batil etmir. Kəbini pozmaq üçün oğlan qadını boşamalıdır.

Qadının ərinə "məni boşa!" deməsi xulu sayılırmı?

    29.07.2021
Sual: 
Assalamu aleykum..mən qadınam..olub arada yoldaşımla dalaşanda esebleşib demişem ki, "isteyirsen meni boşa ve ya gel boşanaq".Amma qetiyyen boşanmaq niyyetiyle yox esebden demişem.. ve bir-iki saat sonrada barışmışıq.Bu hal bir 6-7 defe tekrarlanib..amma yoldaşım birce defe de olsun boşanmaq sözü etmeyib..indi menim yoldaşıma o cür demeyim xulu sayılır????.biz boşanmış sayılırıq??? Bu xuludu???
Cavab: 

Aleykum salam. Qadının ərinə "boşanaq" və ya buna bənzər sözlər deməsi ilə nikah pozulmur və bu xulu da sayılmır. Xulu, qadının malından bir şey verməklə ərindən boşanma tələb etməsidir. Daha ətraflı oxuyun: Qadın boşana bilərmi?

Pages