Sual:
Salam. Mənim saçlarım dizlərimdəndir. Başqaları kimi yığıb yuxarıdan toplasam həm başım-boynum ağrıyar və halım pisləşər, həm də özüm də bunu etmərəm, çünki oxumuşdum ki, bu cür hicab bağlamaq düzgün deyil. Buna görə də istəyirəm ki, saçımı parçaya büküb aşağıya sallayım və bu halda da saçımın uzun olduğu başa düşüləcək, insanlar saçlarımı təsəvvür edəcək və mən də olacam hicablı yox, geyinmiş bir lüt və günahkar insan. Amma əgər onun üzərindən də açıq bir şal sallasam altındakı parçaya bükülmüş saç görünməyəcək. Fəqət mən bu cür hicabları rahibələrdə görmüşəm.