Qadın heyzdən təmizləndikdən sonra gec qüsl alarsa buraxdığı namazları qılmalıdırmı?
Va aleykum Salam. Qadının heyzdən təmizlənməsi əsasən iki əlamətlə bilinir. Birincisi: Qanın tam dayanması ilə; belə ki, daxildən təmizləndikdə belə qan əlaməti olmasın. İkincisi: Ağ mayenin gəlməsi. Əgər bu iki əlamətdən biri olarsa, qadın qüsl edib namazlarına başlamalıdır.