qadınlar
Abortdan sonra qüsl etmək lazımdırmı?
Salam aleykum. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur. Nifasın müddəti bitdikdə isə nifas qüslu alınır. Lakin tez də qurtara bilər.
Hamilə qadın namazı oturaraq qılmalıdırmı?
Və aleykum Salam. Namazı ayaq üstə qılmaq namazın ərkanlarından biridir. Bu səbəbdən namaz qılan insan, imkanı olduğu təqdirdə namazı ayaq üstə qılmalıdır.
Başıma gələn müsibətlərdən yorulmuşam, nə edim?
Aleykum salam. Başınıza gələn müsibətlərə görə Allah qatında böyük mükafat qazanırsınız. Uca Allah bir qulunu sevdiyində onu imtahan edər. Bu səbəbdən ən böyük müsibətlər peyğəmbərlər və onların yolunu gedənlərə üz vermişdir.
Namaz vaxtı girdikdən sonra heyz olduğunu görən qadın həmin namazı qəza etməlidirmi?
Və aleykum Salam. Əgər qadın namaz vaxtı yeni girdikdə heyz qanını gördüsə və ya namaz əsnasında heyz oldusa, dərhal namazı saxlamalıdır və sonradan bu namazı qəza etməli deyil.
Yuxuda hicab bağlamağı görmək nə mənaya gəlir?
Bakirə olmayan qadınla ailəsindən xəbərsiz nikah bağlamaq olarmı?
Salam aleykum. Qadının bakirə olub-olmamasından asılı olmayaraq vəlisinin (ata, qardaş, baba, əmi və s.) xəbəri olmadan kəsilən kəbin batildir. Belə ki, kəbinin düzgün sayılması üçün qadın tərəfdən vəli, iki şahid və kişi iştirak etməlidir.
Heyzdən sonra gələn qəhvəyi-bulanıq axıntıların hökmü nədir?
Aleykum salam. Qadın heyzdən tam təmizləndikdən və qüsl etdikdən sonra ondan gələn qəhvəyi və ya bulanıq axıntılara fikir verməməlidir. Bunun üçün qüsl etmək də lazım deyil.
Boşanmış qadının iddə müddəti nə vaxtdan hesablanır?
Və aleykum Salam. Qadının iddə müddəti (gözləmə müddəti) kişi talaq verəndən sonra hesablanır. 1-ci və 2-ci talaqlarda iddə müddəti ərzində qadın hələ boşanmış sayılmır və ərinin evində qalaraq onun zövcəsi sayılır. İddə müddəti bitdikdən sonra boşanmış sayılır. Daha ətraflı:
Hicab geyinməyən qadın Cənnətə girəcəkmi?
Və aleykum Salam. Bu məqaləni oxuyun: Hicab azadlıqdır!