qadınlar
Qadın başqa kişi ilə telefonda danışdığı üçün əri onu boşaya bilərmi?
Bir neçə il ayrı yaşayanın kəbini pozulurmu?
Salam aleykum. Əgər qarşılıqlı şəkildə ayrılmısınızsa, bu zaman kəbin kağızı öz qüvvəsini itirir. Amma bu hal baş verməyibsə və qadın tərəfdən boşanma tələb olunursa, burada kişinin razılığı olmalıdır.
Qadının ərini öpməsi, yaxud ona toxunması dəstəmazı pozurmu?
Və aleykum Salam. Aişə (Allah ondan razı olsun) demişdiir: "Peyğəmbər (salləllahu aleyhi va səlləm) onu öpdü və dəstəmaz almadı". (Əbu Dəvud, 178; İmam Əhməd, 25767). Daha ətraflı:
Dəstəmazı pozan amillər
Açıq-saçıq geyinməyən qadının pis geyinən qadınlardan Allah qatında fərqi var?
Və aleykum Salam. Uca Allaha görə nə edirsinizsə, hamısının mükafatı var və bu əməlləri etməyənlərdən fərqiniz var. Bütün günahların da xeyirli əməllərin də dərəcələri var.
Qədimdə olan sürmə ilə indiki sürmələr eynidirmi?
Və aleykum Salam. Əgər təbii sürməni deyirsinizsə, bu qədimdə də indi də yerdən çıxarılan maddədən düzəldilir. Lakin, müasir dövrdə kimyəvi üsullarla da sürmə dürməyə bənzər kosmetik vasitələr düzəldilir. Hər halda kimyəvi qarışıqları olan maddələr ilə təbii sürmə eyni deyil.
Yoldaşım məni atıb, nə edim?
Sevdiyim qızın atası və qardaşı cahildilərsə, o qızla necə kəbin kəsim?
Və aleykum Salam. Cahil olmaq hələ İslam dairəsindən çıxmaq demək deyil və onlar sizin sevdiyiniz qızın qanuni vəliləri - himayədarları sayılırlar. Ona görə də, onlardan halallıq alınmalıdır. Daha ətraflı:
Ərim bizi atıb xaricə gedib, ondan necə boşanım?
Və aleykum Salam. Bu cavabı oxuyun: Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?
Qadının idman etməsi düzgündürmü?
Və aleykum Salam. Sağlamlıq və ya müalicə məqsədilə qadınların idman etməsinə heç bir qadağa yoxdur. Siz amma naməhrəm kişilərin görmədiyi, yalnız qadınlar olan idman salonuna gedə bilərsiniz. Qadınların arasında olsanız belə onların yanında çox açıq-saçıq olmaq yaxşı hal deyil.