Parolu olmayan Wifi şəbəkəsindən istifadə etmək olarmı?
Və aleykum Salam və rahmətullahi və bərakətu.
Və aleykum Salam və rahmətullahi və bərakətu.
Və aleykum Salam. Heyz halında olmaq tövbənin qəbul olmasına mane olmur. Hər bir peşmançılıq tövbədir. Tövbə namazını qılmamaq isə tövbəni batil etmir. Daha ətraflı:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlar üçün xüsusi namaz qılma qaydası göstərməmişdir, ona görə də, kişilərlə qadınlar eyni cür namaz qılır. Fərq isə qadının namaz vaxtı hicabda olmasıdır. Həmçinin, qadınların camaat namazında bəzi fərqlər var.
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Namaz qılıram, amma hicab bağlamağa qorxuram
Və aleykum Salam. Qardaş, dayı, əmi qadın üçün məhrəm sayılır və onlarla əllə görüşmək olar. Bibioğlu, əmioğlu, xalaoğlu və dayıoğlu isə naməhrəmdir, onlarla təklikdə qalmaq və ya əllə görüşmək haramdır. Onlarla məhrəmləriniz olan yerdə söhbət etmək isə qadağan deyil.
Və aleykum Salam. Bu cavabı oxuyun: Hicabı açmaq günahdır?
Salam aleykum. Əgər qadın kişidən qarşılıqlı və hər iki tərəfin razılığı ilə ayrılıbsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır. Həmin qadın və kişi bir-birindən ayrılmış sayılırlar. Kəbini geri oxutmaq kimi bir şey isə dində yoxdur.
Salam aleykum. Qadınlar heyz qanını rənginə, iyinə və digər şeylərə görə fərqləndirə bilirlər. Əgər heyz qurtardıqdan sonra heyzdən sayılmayan qan ləkəsi gəlsə, həmin hissəni təmizləmək kifayətdir, qüsl almağa ehtiyac yoxdur və Quranı ələ götürüb oxumaq olar.
Və aleykum Salam. Heyz zamanı Quran kitabına əl vurmaq olmaz, amma əzbərdən və ya telefondan oxumaq, həmçinin tərcüməni oxumaq olar. Daha ətraflı: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Və aleykum Salam. Qadın kişidən boşandıqdan sonra ikinci dəfə də onunla kəbin kəsdirə bilər. Bu hal üç dəfə təkrarlandıqdan sonra isə artıq həmin kişi ilə yalnız o halda kəbin kəsdirə bilər ki, başqa bir kişi ilə ailəli olub boşansın.