qadınlar
Sevdiyim qızın atası və qardaşı cahildilərsə, o qızla necə kəbin kəsim?
Və aleykum Salam. Cahil olmaq hələ İslam dairəsindən çıxmaq demək deyil və onlar sizin sevdiyiniz qızın qanuni vəliləri - himayədarları sayılırlar. Ona görə də, onlardan halallıq alınmalıdır. Daha ətraflı:
Ərim bizi atıb xaricə gedib, ondan necə boşanım?
Və aleykum Salam. Bu cavabı oxuyun: Yeddi ildir ayrılmışıqsa, kəbin pozulubmu?
Qadının idman etməsi düzgündürmü?
Və aleykum Salam. Sağlamlıq və ya müalicə məqsədilə qadınların idman etməsinə heç bir qadağa yoxdur. Siz amma naməhrəm kişilərin görmədiyi, yalnız qadınlar olan idman salonuna gedə bilərsiniz. Qadınların arasında olsanız belə onların yanında çox açıq-saçıq olmaq yaxşı hal deyil.
Yad kişinin qadını öpməsi zina sayılırmı?
Və aleykum Salam. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah zinadan Adəm övladının payına düşəni əzəldən yazmışdır və o, istər-istəməz buna mübtəla olacaqdır.
Boyunda yaranan dəri xəstəliyinə görə hicabı açmaq olarm?
Və aleykum Salam. Bununla bağlı islam alimlərinin fətvalarından birində deyilir: "Bu hal tam zərurət həddinə çatmadıqca birbaşa həkimin məsləhətilə hicabı açmaq doğru deyil.
Qadın alnı bağlı şəkildə səcdə edə bilər?
Salam aleykum. Alnın yerə dəyməsi daha yaxşıdır. Lakin, müəyyən manelər varsa, hicabın alnı örtməsi icazəlidir. Hicablı şəkildə səcdə etməyin namaza zərəri yoxdur. Əsas saçın görsənməməsidir.
Qız uşağı da cənabət qüslu almalıdır?
Və aleykum Salam.
1. Həddi-buluğa çatmış qızda yuxuda və ya ayıq vaxtı boşalma baş versə, cənabət qüslu almalıdır.
Kiçik yaşlı dayı uşaqları qadına naməhrəm sayılırlarmı?
Və aleykum Salam. Həddi-buluğa çatmamış oğlan uşaqları ilə əllə görüşməkdə günah yoxdur. Lakin, onlar böyüdükdə sizə naməhrəm sayılacaqlar, ona görə də həddi-bülüğ yaşına yaxınlaşanda onlarla görüşməkdən yavaş-yavaş çəkinin.
Heyz zamanı kəbin kəsdirmək olarmı?
Və aleykum Salam. Heyz olmağın kəbin kəsdirmək üçün heç bir maneəsi yoxdur. Yalnız boşanan və ya əri ölən qadın iddə müddətdini gözləməlidir.