ruzi

Restorana turist gətirdiyinə görə pul almaq olarmı?

    04.05.2022
Sual: 
əs-Sələmu aleykum. Turisti restorana müştəri kimi aparmaq və restorandan buna görə pul almaq olar?
Cavab: 

Va aleykum Salam. Əgər müştərini aparacağınız yerdə günahlar ediləcəyi dəqiq bilinirsə (məsələn, barlar, gecə klubları və s. kimi), bu halda ora müştəri aparmaq qadağandır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin.

Spirtli içki satılan marketdə işləmək olarmı?

    29.04.2022
Sual: 
Selamun aleykum. Marketin ümumi gəlirində spirtli içkilərdən qazanılan pul varsa, həmin marketdə işləyən adam spirtli içkilərlə işi olmasa da günah qazanır?
Cavab: 

Va aleykum Salam. Əgər marketin əsas gəliri halal malların satışından əldə olunursa, bu marketdə içki ilə əlaqəli olmayan şöbələrdə işləmək olar. Ətraflı oxuyun: Marketdə içkiyə toxunmamaq şərtilə işləmək olarmı?

Kreditlə alınmış malın ödənişini gecikdirdikdə məbləğin üzərinə faiz gəlirsə, bu malı almaq olarmı?

    28.04.2022
Sual: 
Salam aleykum. Mağazada bank iştirak etmədən daxili kreditdir, lakin gecikdirdkidə faiz gəlirsə, o mağazadan nəsə almaq icazəlidirmi?
Cavab: 

Va aleykum Salam. Əgər mağaza kreditlə mal alan müştəri ödənişi gecikdirdiyi təqdirdə malın dəyərinin üzərinə əlavə faiz gəlirsə, bu artıq haramdır və bu şərtlərlə mal almaq qadağandır.

Allah rizası üçün istəyən hər dilənçiyə pul vermək vacibdirmi?

    28.04.2022
Sual: 
Salam aleykum. Bildiyimiz kimi ruzinin artması üçün edilen emellerden biride sedeqe vermekdir. Cemiyet içine çıxanda çoxlu sayda Allah rızası üçün pul isdiler. Bu kimi insanlar çoxdu. Bezileri sağlamdır yenəde dilenirler onlara vermirem pul. Allah rızası üçün deyiler ağlımda sual qalirki sehv etm belkde verməli idim. Bu kimi şübhələr olur mende. Dilencilerin hamsi Allah rızası üçün isdiler hamssina necə kömək etmek olar özümde telebeyem . Vermeyende pis oluram amma ne ede bileremki
Cavab: 

Va aleykum Salam. Sədəqə - müsəlmanın könüllü olaraq verdiyi puldur və bu əməl vacib sayılmır. Sədəqə imkana görə verilir. Allah rizası üçün istəyən hər kəsə sədəqə verməyiniz vacib deyil. Həmçinin oxuyun:

Tərkibində donuz əti olduğu yazılmayan kolbasaları yemək olarmı?

    28.04.2022
Sual: 
Salam.Terkibinde donuz eti yazilmayib ama halal sertifikatı yoxdur. Bu kolbasadan yemek olar?
Cavab: 

Va aleykum Salam. Əgər üzərində donuz ətinin olduğu yazılmayıbsa, bu kolbasalar əslində halal sayılır. Lakin ehtiyat üçün halal sertifikatı olan kolbasaları almağınız məsləhətdir. Həmçinin oxuyun:

Qumar ruzinin artmasına səbəb ola bilərmi?

    25.02.2022
Sual: 
Salam Aleykum Qumar ruzinin azalmasına səbəb ola bilər? bizdə dükənda işçilər qumarın növündən olan lotoreya alıllar, onları çəkindirmək üçün islamda qumarın ruziyə təsiri bir dəlil varmı? niyə məs ruzi ilə bağlayıram - çünki ruzi haqda danışanda daha təsir olduğunu müşahidə edirəm
Cavab: 

Va aleykum Salam. İslam dini qumar oynamağı qadağan edir və bu yolla əldə olunan pul haram sayılır. Bu barədə ətraflı oxuyun:

Heyvanı kəsərkən onu qibləyə tərəf çevirmək vacibdirmi?

    24.02.2022
Sual: 
Salamun eleykum Qardas men xaricde yasayiram ,,burda halal et tapmak cetindi,ama burda tacikler varki namazda qilillar olar hazir paketlenmis halal toyux satillar,ustundede halal deye yazilib ama satici deyirki bu toyuxlari uzu qibliye qoymax mumkun dor eyaqlarinan baglanar uzu asagi kesilir bir nefer durub her toyux kesidikce bismillah deyib kesir,.Bu toyuxlar halalmi harammi? sizden cox xais edirem cavablandirardiz menim sualimi.
Cavab: 

Va aleykum Salam. Kəsilən heyvanın ətinin halal olması üçün əsas olan kəsərkən "Bismilləh" (Allahın adı ilə) deyilməsidir. Toyuqlar avtomatik qaydada kəsilirsə, həmin avadanlığı işə salarkən bir dəfə  "Bismilləh" demək kifayətdir. Heyvanı qibləyə tərəf tutmaq isə vacib deyil.

Dini videolar və ya Quran videoları paylaşmaqla pul qazanmaq olarmı?

    17.01.2022
Sual: 
Salam Aleykum YouTube da dini videolar ve ya quran videoları ataraq pul qazanmaq olarmı?
Cavab: 

Va aleykum Salam. Bu yolla pul qazanmaqda bir problem yoxdur. Lakin dini videolar paylaşarkən paylaşdığınız videonun sağlam əqidəli dəvətçilərin videoları olmasına əmin olun. Əks təqdirdə bir çox insanların azmasına səbəb ola bilərsiniz. 

Pages