təbabət

Dilimde yara var. Murdarlamaq olar?

    01.01.2014
Sual: 
salam men namaz qilanam dilimde yara var .sidilkle murdarlamaq olar?
Cavab: 

Yaranın digər müalicə üsulları da var. Həkimə gedin. Bildiyimiz kimi nəcis murdardır və haramdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Allah ümmətimin şəfasını onlara haram qıldığı şeylərdə etməmişdir”

Xəstəliyə görə oruc tutmamaq günahdır?

    22.12.2013
Sual: 
Salam aleykum. Menim 16 yashim var ve menim qan azligim oldugu uchun oruc tuta bilmirem. Bu gunahdirmi?
Cavab: 

Aleykum assalam. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.

İnsan bədəninə cin girirmi?

    21.12.2013
Sual: 
Salam aleykum. İnsan bedenine cin girirmi ve bunu nece chixartmaq olar? Chox xahish edirem ki, etrafli cavab veresiz. Sag olun!..
Cavab: 

Aleykum salam. Bəli insanın bədəninə cin girə bilər. Bunun Quran və sünnədən dəlilləri aşağıdakılardır:

Uca Allah buyurur: "Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar...".  (əl Bəqərə, 275)

Xəstəlik səbəbindən dəstəmazın tez-tez pozulması

    20.12.2013
Sual: 
Menim 1 yaxin qohumum var. Evveller nmaz qillirdi indi ise bagirsagindan tez tez qaz cixir deye qila bilmir. Artiq cekili biridi. Deyirki secdeye gedende bagirsagindan qaz cixir ve namazi destemazi pozulur. Sonra gedib yene destemaz alir yene eyni hal olur. Bunun uchun ne meslehet bilerdiz?
Cavab: 

Əgər bu hal davamlı olarsa, bu, dəstəmazı poz­mur. An­caq namazın vaxtı girdikdə dəstə­maz alır və hə­min vaxt fərz və nafilə namazlarını qılır.

Anadan gəlmə xəstəlik?

    18.12.2013
Sual: 
Salam aleykum. Allah hamınızdan razı olsun. Bütün əməyi keçən qardaşlara Allah kömək olsun hər zaman. Mənə bir nəfər belə bir sual verdi amma mən cavablandıra bilmədim. Bu sualı sizinlə bölüşmək istərdim. Əgər bir insan anadan gəlmə hormonlarında çatışmamazlıqla doğulursa yəni (homeseksual olaraq doğulursa, sonradan onlara çevrilənlər yox) bunu İslamda bir cavabı və yaxud bir yolu varmıdır? Çox sağ olun. Allah razı olsun.
Cavab: 

Aleykumus-salam və rahmətullah. Allah təala sizdən də razı olsun! Allah bütün insanlar üçün bu saytı faydalı etsin və hidayətə gəlmək üçün səbəb etsin. Verdiyiniz suala qısa olaraq belə cavab verə bilərəm.

Pages