təmizlənmə

Heyz halında cənabət qüslu almaq olarmı?

    27.08.2014
Sual: 
Salamun aleykum heyz halindayken cenabet quslu almag olar ve cunub halindayken dini kitablar ve sureler oxumag, dua etmek olar?
Cavab: 

Aleykum salam. Əgər ehtiyac varsa, almaq olar. Həmçinin şəriət qayda-qanunlarına görə hər ikisinə görə də bir qüsl almaq kifayətdir. Hər iki hal üçün qüslun alınma qaydası da eynidir. Boynunuzda qüsul varsa, ərəbcə Qurani Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.

Dəstəmaz və namaz haqqında suallar

    27.08.2014
Sual: 
Assalamu aleykum necesiz?sualim beledir bele bir hedis varmiki destamaz alarken suyu cox acdiqda seytan kenardan sene gulur? 2) Namaz vaxti fikrin basqa yerde olmasina gore gunah qazanirmi insan yeni xusuda olamamaqa gore. ALLAH razi olsun
Cavab: 

Aleykum salam.
1) Belə bir hədisin olması haqqında məlumatımız yoxdur. Amma ümumən suya qənaət etmək haqqında hədislər vardır.  
2) Namazda fikrin yayınmasına görə günah yazılmasa da, bu hal namazın savabını azalda bilər.

Qüsl yuxudan oyanarkən dərhal alınmalı, yoxsa orucu açdıqdan sonra alına bilər?

    24.08.2014
Sual: 
Salam. Yuxudan durub polyusiya halında olduğunu, islandığını görən adam dərhal qüsl almalıdır yoxsa saxlayıb orucunu açandan sonra qüsl edə bilər? Yəni namaz qılmayan adam.
Cavab: 

Aleykum salam. Qüsl və dəstəmaz almaq namazın vacib əməllərindən sayılır və bunların orucla heç bir əlaqəsi yoxdur. Ona görə də qüsl almadan oruca başlamaq, namazın vaxtı girdikdə isə qüsl almaq olar. 

Anamla dalaşdıqdan sonra hallallaşmadan qüsl alıb oruc tutdum. Bu hal oruca və qüsula xələl gətirirmi?

    24.08.2014
Sual: 
Salam. Axşam anamla sözümüz çəp gəldi və dalaşdıq. Mən anamdan halallıq almadan girdim hamamda çimdim və qüsl alıb oruc tutdum. Görəsən halallıq almadığım üçün qüslum batildir və bunun həmçinin orucuma da bir xərəri var? Və onu da deyim ki, artıq günortadır orucam və hələ də anamla küsülüyük.
Cavab: 

Aleykum salam. Valideynlə dalaşdığınıza və ya mübahisə etdiyinizə görə orucunuz və qüslunuz pozulmur. Valideyndən hallallıq almağa gəlincə valideynə pislik etdikdən sonra onların könlünü almaq və onları sevindirmək hallallıq almaq hesab olunur. Daha ətraflı:

Nəyə görə əhli Sünnə dəstəmaz alanda ayağa məsh çəkmir?

    24.08.2014
Sual: 
Salam.Ehli Sünne niye desamaz alanda ayağına məhs çəkmir?Axı Maidə surəsinin 6 cı ayəsində deyilirki məhs çəkin?!
Cavab: 

Aleykum salam. Ərəb dilinin qaydalarına əsasən həmin ayədə ayaqları yumaq əmr edilir: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun..." (əl-Məidə, 6).

Dəstəmazın tez-tez pozulmasına görə namazı tərk etmək və digər suallar

    21.08.2014
Sual: 
Salam men 7 ay namaz qildim.Bu il bawlamiwdim.Lakin son zamanlar nese hevessizlewmeye bawladim.Hemde bagirsagimda problemim var idi deye tez tez destemazim pozulurdu mende esebilewirdim.3Defe bele gedib destemaz aldigim gunler olurdu.Ama yenede namaz yarim yamalaq qalirdi.Bele weyler olduqca mende esebilewmeye bawladim.Hemde cox qezam yigildi.Qezalarimin hansi birinden bawlayacagimi bilmez hala qaldim.Ozude qeza namazlarimi yazirdim.O gunlerde goturdum attim o vereqleride.Ondan bir bew gun qabaqda namazi atdim.Cunki hemde indi yaydir hicab baglayib ortunub namaz qilanda cox isti olur kondision
Cavab: 
Aleykum salam. Bu cavabları oxuyun:

Peyğəmbərimiz dişlərini misvakla təmizləyərdimi və bu orucu pozurmu?

    21.08.2014
Sual: 
Salam. Peyğəmbərimiz dişlərini misvakla yuyurdu? Hardansa beləbir məlumat oxumuşdum, amma dəqiq bilmədiyim halda oruclu ikən bunu dilimə gətirdim. Görəsən orucum batildir?
Cavab: 

Və aleykum Salam. Dişləri fırçalamaq və ya misvakdan istifadə etmək təmizlik əlamətidir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib.

Pages