Dəstəmaz aldıqda qulağa və boyuna məsh çəkilirmi və tövbə necə edilir?
Aleykum salam. Başa və qulaqlara məsh çəkilir, amma boyuna məsh çəkilmir. Həmçinin oxuyun:
Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?
Aleykum salam. Başa və qulaqlara məsh çəkilir, amma boyuna məsh çəkilmir. Həmçinin oxuyun:
Peyğəmbər (salləllahu aleyhi va səlləm) necə dəstəmaz alardı?
Aleykum salam. Qeyd etdiyiniz hal orucu pozmur. Amma paltarı nəcisə bulaşmış halda gəzmək bəyənilmir. Xüsusən də, bu şəkildə namaz qılmaq olmaz. Müsəlman imkan daxilində hər bir məsələdə təmizliyə riayət etməlidir.
Aleykum salam. Əgər ehtiyac varsa, almaq olar. Həmçinin şəriət qayda-qanunlarına görə hər ikisinə görə də bir qüsl almaq kifayətdir. Hər iki hal üçün qüslun alınma qaydası da eynidir. Boynunuzda qüsul varsa, ərəbcə Qurani Kərimdən başqa istədiyiniz dini kitabları oxuya bilərsiniz.
Aleykum salam.
1) Belə bir hədisin olması haqqında məlumatımız yoxdur. Amma ümumən suya qənaət etmək haqqında hədislər vardır.
2) Namazda fikrin yayınmasına görə günah yazılmasa da, bu hal namazın savabını azalda bilər.
Aleykum salam. Cinsi əlaqədən sonra həmin yataq dəstini istifadə etmək, həmçinin, üzərinə məni (sperma) düşdüyü halda belə onu silib yataq dəstindən istifadə etmək olar və bu hal qüslu pozmur.
Salam aleykum. Qadın və ya kişi dəstəmaz alarkən başa məsh çəkdikdə suyun dəriyə dəyməsi şərt deyildir. Başa məsh etdikdə suyun başın tüklərinə dəyməsi kifayətdir.
Aleykum salam. Qüsl və dəstəmaz almaq namazın vacib əməllərindən sayılır və bunların orucla heç bir əlaqəsi yoxdur. Ona görə də qüsl almadan oruca başlamaq, namazın vaxtı girdikdə isə qüsl almaq olar.
Aleykum salam. Valideynlə dalaşdığınıza və ya mübahisə etdiyinizə görə orucunuz və qüslunuz pozulmur. Valideyndən hallallıq almağa gəlincə valideynə pislik etdikdən sonra onların könlünü almaq və onları sevindirmək hallallıq almaq hesab olunur. Daha ətraflı:
Aleykum salam. Ərəb dilinin qaydalarına əsasən həmin ayədə ayaqları yumaq əmr edilir: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun..." (əl-Məidə, 6).