təmizlənmə

Qızdan məni ifraz olduqda qüsl almalıdırmı?

    01.12.2020
Sual: 
Salam, əvvəlcədən üzr isdəyirəm sualıma görə. Qız uşağı cənabət qüslu ala bilərmi, cinsi əlaqədə olmadan, məni ifraz olarsa?
Cavab: 
Va aleykum Salam. Əgər qız cinsi əlaqədə olmadan (məsələn, yuxuda) məni ifraz edərsə, qüsl almalıdır. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Ummu Süleym Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ya Rəsulullah!

Camaat namazında sıranın arxasında tək dayanmaq olarmı?

    22.10.2020
Sual: 
Əsalamu Alekum və Rəhhmətullah dəyərli qardaşlar. İlk öncə Sizə təşəkkürümü bildirmək istərdim belə gözəl sayt üçün.Sizin sayənizdə dini biliyimi artırıram və hər kəsə Sizin saytı məsləhət görürəm.Allah elminizə bərəkət versin və Sizdən razı olsun.Amin! Sizə bir neçə sualım olacaq Allahın izni ilə. 1.Məni vəsvəsəyə salan məqam odur ki dəstəmaza başlayərkən "Bismilləh" sözünün əlləri yumadan qabaq və ya sonra deməyin fərqi varmı? Mən adətən bismilləh deyib bir başa ağızdan başlayıram.Bu səhvdir mi? 2.Camaat namazında əgər cərgə dolarsa arxaya keçib yeni səfdə tək durmaq olarmı?
Cavab: 

Və aleykumus-Sələm və Rahmətullah.

Kamil qüslü vərəqə baxaraq almaq olarmı?

    22.10.2020
Sual: 
Salam Aleykum.Kamil Qüslu deftere baxaraq alsan qebuldu ? Bide başa su tökme imkanı yoxsa başqa cür su tökülerek Kamil qüsulu alsan qebuldu ?
Cavab: 
Və aleykum Salam. Qüsl alarkən əsas olan niyyət edib, ağızı burunu su ilə yaxaladıqdan sonra bütün bədəni su ilə yumaqdır. Kamil qüsl alarkən vərəqə baxmaq icazəlidir. Başa istənilən şəkildə su tökmək olar, əsas olan başı su ilə yumaqdır.

Paltara dəyən sidik quruyubsa təmizlənmiş sayılırmı?

    11.10.2020
Sual: 
Salam Aleykum.Paltar sidiye bulaşıbsa və sonra quruyubsa,həmin paltarla namaz qılmaq olarmı?
Cavab: 
Aleykum salam. Namazın doğru olunmasının şərtlərindən biri də namaz qılınan paltarın və yerin nəcasətdən təmiz olmasıdır. Sidik yuyulması vacib olan nəcasətlərdən sayılır. Sidiyə bulaşmış paltar yuyulmayana qədər bu paltarda namaz qılmaq olmaz.

Heyz qüslü aldıqdan sonra gələn qan orucu pozurmu?

    11.09.2020
Sual: 
Salam uzr isdiyirem suala. Gore. Men aybawi olub qurtarmiwam. Qusl alib oruc tutmuwam namaz qilmiwam seher oruca duranda hecne yox idi ama gunuz durduqdan sora gordum ki qan olub menim orucum pozulurmu namazim pozulurmu
Cavab: 
Aleykum salam. Əgər heyz qüslundan sonra gələn axıntı qan deyil, qəhvəyi və ya sarımtıl axıntı olarsa, bu halda bu axıntıya fikir verməyin. Bu halda orucunuz və namazlarınız səhihdir. Yox əgər qüsl etdikdən sonra gələn qan heyz qanına bənzəyirsə, bu halda orucunuzu və namazları saxlamalısınız.

Oruclu olarkən insandan məzi və ya vədi gəlməsi orucu pozurmu?

    10.09.2020
Sual: 
salam oruc olduğun halda (söbh azani şam namazna kimi ) bədəndən məzi və ya vədi gəldiyi halda oruc pozulur? təşəkkür edirəm əvvəlcədən
Cavab: 
Və aleykum Salam. Məzi - ehtiras halında məni (sperma) gəlməmişdən əvvəl övrət yerindən çıxan az miqdarda yapışqan mayedir. Məzinin gəlməsi orucu pozmur. Vədi isə sperma ifraz olunduqdan sonra gələn sudur.

Pages