Boşalma olmadan cinsi yaxınlıq qüslü vacib edirmi?
Va aleykum Salam. Sperma gəlməsə belə cinsi yaxınlıq olubsa, həm kişiyə, həm də qadına qüsl etmək vacibdir. Ətraflı oxuyun:
Va aleykum Salam. Sperma gəlməsə belə cinsi yaxınlıq olubsa, həm kişiyə, həm də qadına qüsl etmək vacibdir. Ətraflı oxuyun:
Əssələmu aleykum. Əgər suyun bulanmasına səbəb torpaqvə ya lil kimi təmiz maddə olarsa və bu qarışıq suyun qoxusunu və ya dadını dəyişməmişsə, bu su ilə dəstəmaz almaq olar. Ətraflı oxuyun:
Va aleykum Salam. Dəstəmazın düzgün sayılması üçün əzaların yuyulması arasında uzun fasilə verilməməlidir. Belə ki, əzaların yuyulması arasındakı fasilə elə olmalıdır ki, növbəti əzanı yuyana qədər əvvəlki əza qurumasın.
Va aleykum Salam. Qüsl alarkən yalnız əvvəldə "Bismilləh" (Allahın adı ilə) deyilir və bunu demək vacibdir. Lakin əgər unudularsa qüsl səhihdir. Ətraflı oxuyun:
Va aleykum Salam. Qüsl alan zaman qarın hissədən aşaağı geyimli olmağa ehtiyac yoxdur. Qüsl alarkən köbəklə diz arasınıda olan hissəni örtmək ədəbdən sayılır, bəyənilən əməldir.
Va aleykum Salam. Dərinin qaralması dəstəmaz və ya qüsl almağa maneə deyil. Əgər dərinizə su çatırsa, bu halda dəstəmaz və qüsl səhih sayılır.
Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, evdə it saxlamaq qadağandır və evində it saxlayan insanın hər gün savablarında bir qirat (uhud dağı boyda) azalır. Əgər namaz qıldığınız yerə itin ağız suyu, nəcisi və ya sidiyi dəyməmişsə bu yerdə namaz qıla bilərsiniz. Bu barədə ətraflı oxuyun:
Va aleykum Salam. Təyəmmüm qüslü və ya dəstəmazı tam əvəz edir. Odur ki, təyəmmüm edən insan istənilən yerdə (həm məsciddə, həm də evdə) namazda imamlıq edə bilər.
Va aleykum Salam. Dəstəmaz alarkən heç bir zikr və ya dua deyilmir. Dəsətəmazdan sonra isə Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) varid olan bu duanı demək müstəhəbdir: [Əşhədu ən lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va Rasuluhu.