təmizlənmə
Xəstəliyə görə ayaqlarını yuya bilməyən şəxsin həyat yoldaşı onun ayaqlarını yuya bilərmi?
Va aleykum salam. Bəli, həyat yoldaşı dəstəmaz almağa çətinlik çəkən şəxsin ayaqlarını yuya bilər və buna görə savab qazanır. Həmçinin, oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Dəstəmaz alarkən hər dəfə alt paltarı dəyişilməlidirmi?
Va aleykum Salam. Əgər yuyunduqdan sonra alt paltarına heç bir şey bulaşmayıbsa dəstəmazdan sonra alt paltarını dəyişməyə ehtiyac yoxdur. Həmçinin oxuyun:
Ana südü paltara dəyəndə qüsl etmək lazımdırmı?
Va aleykum Salam. Ana südü təmiz sayılır. Ana südü bulaşan paltar natəmiz olmur və buna görə qüsl etmək də lazım deyil. Ətraflı oxuyun:
Buruna su almadan edilən qüsl sayılırmı?
Əssələmu aleykum. Dəstəmaz və qüsl alarkən ağıza və buruna su almaq vacibdir və bu əməl üzü yumaqdan sayılır. Buruna su alarkən suyu burunun dərinliklərə çəkmək şərt deyil.
Qadın boşaldıqdan sonra qüsl almalıdırmı?
Va aleykum Salam. Ehtiras hissi bitdikdən və boşaldıqdan sonra həm qadın, həm də kişi qüsl almalıdırlar, qüsl almadan namaz qıla bilməzlər. Ətraflı oxuyun: Qüslü vacib edən hallar
Qaynaq edilmiş saçla qüsl etmək olarmı?
Va aleykum Salam.
Əvvəla bunu qeyd edək ki, dinimiz saç qaynaq etməyi qadağan edir. Bu barədə ətraflı oxuyun: Kiprik qaynaq etdirmək dəstəmaza maneə olurmu?
Şəhvət hissindən sonra övrət yerindən gələn rəngsiz yapışqan maye qüslü pozurmu?
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, əxlaqsız şəkillərə və videolara baxmaq haramdır. Bu əməldən tövbə etmək lazımdır. Ətraflı oxuyun:
İynə vurulan yerə suyun dəyməyi qadağan edilirsə, dəstəmaz necə alınmalıdır?
Əssələmu aleykum. Qola sistem və ya iynə vurulduqda, həmçinin qoldan qan alındıqda iynə yerinə tibbi cəhətdən qısa bir müddət (15-20 dəqiqə) ərzində su vurmaq olmaz. Bu müddət qısa olduğuna görə, gözləyib sonra dəstəmaz ala bilərsiniz.
Nəcis qarışmış su insanın belinə sıçrayarsa onu yumaq lazımdırmı?
Va aleykum Salam. Rəngi dəyişməsə belə sidik qarışmış su nəcis (murdar) sayılır və əgər bu su belinizə sıçrayırsa, su sıçramış yeri təmiz su ilə yumalısınız.