təmizlənmə

Şəhvət hissi ilə övrət yerindən gələn maye qüslü pozurmu?

    30.12.2021
Sual: 
Salam men qizla mesajlaşanda şire gelir alt paltarim batır bununcun qusl almalıyam ya alt paltari deyiwib yuduqdan sora desdamaz alib namaz qila bleremmi?
Cavab: 

Va aleykum salam. Əvvəla bunu qeyd edək ki, kəbin olmadan naməhrəm qadınla münasibət qurmaq, yazışmaq haramdır. Ətraflı oxuyun:

Qızla oğlanın internetdə yazışması günahdırmı?

Namaz qılan qadın dırnağına lak çəkə bilərmi?

    10.11.2021
Sual: 
Salam mən bilməkmistəyirəm namaz qılan dırnağa lak çəkə bilərmi hərə başqacür deyir.Mən namaz qılıram namazla bağlı hər şeyi olmasada çox şeyi bilməliyəm
Cavab: 
Va aleykum Salam. Qadınlar öz məhrəmləri yanında dırnaqlarına bəzək və zinət məqsədi ilə lak vura bilərlər. Xüsəsən də ailəli qadınların öz həyat yoldaşları üçün bəzənməsi bəyənilən əməldir.

İçkili adamla öpüşüb görüşmək qüslu pozurmu?

    03.10.2021
Sual: 
Salam aleykum ickili adamla opub gorusmek qulu pozur.birde seytanin axsam gelib sehvani yuxu gostermesini istemirem.ozum namaz qilib Quran oxuyan adamam.amma ne qeder dua oxusamda zalim seytan getmek bilmir.sualimi cavlandirn xais edirem Allah razi olsun.
Cavab: 
Va aleykum salam. İçkili adamla görüşmək qüslu pozmur. Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Cinsi əlaqə olmadan boşalma qüslu pozurmu?

    03.09.2021
Sual: 
Salamun Aleykum Heyze Gırmeden Kişiden Gelen Sperma Qusl Vacib Edirmi? Önceden Tesekurler
Cavab: 
Va aleykum Salam. Heyzə girmədən dedikdə nəyi qəsd etdiyinizi başa düşmədik. Sperma, kişilərdə şəhvət hissi ilə, sürətlə, çox miqdarda çıxan qatı ağ mayedir. Əgər sperma şəhvət hissi ilə, çox miqdarda gələrsə və sperma gəldikdən sonra şəhvət hissi qurtararsa, bu halda qüsl almaq vacib olur.

Dəstəmazdan sonra alt paltarına damcı düşərsə, onu dəyişmək lazımdırmı?

    02.09.2021
Sual: 
Salam destemazdan sonra alt paltarina sidik damcisi duserse alt paltarini deyismeliyik?bes deyismeliyikse ve bu hadise 5vaxt basimiza gelerse alt paltarini catdira bilmesek nece
Cavab: 

Va aleykum Salam. Namaz qılan kəs paltarını sidik və nəcasətlərdən təmiz saxlamalıdır. Bunun üçün ayaqyolunda hər dəfə təbii ehtiyacları ödədikdən sonra nəcasət çıxan yerləri yumaq və ya salfetka ilə quru olana qədər təmizləmək lazımdır.

Cənabət qüslü əvəzinə bilmədən heyz qüslü alan qüsl etmiş sayılırmı?

    18.06.2021
Sual: 
Salam Aleykum. 5 ildir namaz qılıram. Mene sadece heyz qusulu almaq oyredilmişdi ve diger qüsllar haqda xeberim olmayib. Cünub veziyetinde olduğum zamanlarda da heyz qüsulu almışam, cenabet qüsulunu yeni öyrendim ve çox narahat oldum. Menim indiye qeder qildiğim namaz ,zikrler cenabet qüsulu almamışam deye batil ve ya qeza sayılır mı, yoxsa bilmeden etdiyime göre qebuldurmu.
Cavab: 
Va aleykum Salam. Cənabət və heyz qüsllərinin alınma qaydası eynidir, sadəcə niyyətdə fərqlənirlər. Yəni heyz qüslü alarkən qəlbdə heyzdən təmizlənmə niyyət edilir, cənabət qüslü alarkən isə qəlbdə cənabəti aradan qaldırmaq niyyət edilir.

Pages