Dəstəmaz alarkən əzaları üç dəfədən artıq yumaq olarmı?
Aleykum salam. Dəstəmaz alarkən dəstəmaz əzalarını bir dəfə yumaq vacib, iki və ya üç dəfə yumaq isə müstəhəbdir. Ağız və burun da üzdən hesab olunduğu üçün ağıza və buruna su alıb qaytarmaq vacibdir. Başa isə bir dəfə məsh çəkilir. Dəstəmaz əzalarını üç dəfədən artıq yumaq isə düzgün deyil.