təmizlənmə

Oruclu olarkən insandan məzi və ya vədi gəlməsi orucu pozurmu?

    10.09.2020
Sual: 
salam oruc olduğun halda (söbh azani şam namazna kimi ) bədəndən məzi və ya vədi gəldiyi halda oruc pozulur? təşəkkür edirəm əvvəlcədən
Cavab: 
Və aleykum Salam. Məzi - ehtiras halında məni (sperma) gəlməmişdən əvvəl övrət yerindən çıxan az miqdarda yapışqan mayedir. Məzinin gəlməsi orucu pozmur. Vədi isə sperma ifraz olunduqdan sonra gələn sudur.

Cümə günü cənabət qüslünü ardından da cümə qüslünü almaq olarmı?

    26.08.2020
Sual: 
Salam cumə gunu. Cunub olan şəxs cənabət qüslü və ardından cümə quslu ala bilərmi. Necə? Və nə vaxt
Cavab: 

Və aleykum Salam. Boynunda cənabət qüslü olan şəxs, cümə günü həm cümə qüslü, həm də cənabət qüslü almaq istəyirsə, bu halda o, iki qüslü ayrı-ayrılıqda da ala bilər, həmçinin hər iki qüslü birlikdə niyyət etməklə bir qüsl də ala bilər.

Cənabət qüslündə saçlar tam islanmalıdırmı?

    03.08.2020
Sual: 
Salam Cenabet qusulunda saclar tam islanmalidirmi?ya 3defe su tokulse kifayet edir?
Cavab: 

Aleykum salam. Qüsl alarkən bütün bədənə su dəyməsi vacibdir. Fərq etməz, istər qadın olsun, istər kişi. Həmçinin saçların dibinə də su dəyməlidir. Lakin dinimiz saçlarını hörən qadınlara rüsxət verərək cənabət qüslü alarkən saçlarını açmamağı icazə vermişdir.

Ələ uşağın sidiyi dəyərsə, qüsl və ya dəstəmaz pozulurmu?

    03.08.2020
Sual: 
Salam menim 2ve 3 yaslarinda iki qizim var isder isdemez sidikli paltarlarina sidik qabina elim deyir ve buna gorede tez tez qusul ala bilmirem herkes qiz usaginin sidiyi qusulu pozur deyirler bu duzdurmu komek ede bilersiz
Cavab: 

Aleykum salam. Qız uşağının sidiyi nəcis olsa da, hər dəfə ona toxunduqda qüsl almaq lazım deyil. Sadəcə sidik dəyən yeri yumağınız kifayətdir. Hətta dəstəmazlı olan bir insanın sidiyə toxunduqda belə dəstəmazı pozulmur. Sadəcə sidik dəyən yeri yumaq kifayətdir. Həmçinin oxuyun:

Nə üçün dəvə əti dəstəmazı pozur? Bunun hikməti nədir?

    24.06.2020
Sual: 
Əs Sələmu Aleykum Allah emlinizə bərəkət versin belə bir sual vermək isdəyirəm nə uçün dəvə ətini yedikdə dəstəmaz almaq lazimdir bunda dətəmazi pozacaq nə səbəb? var Allah razi olsun
Cavab: 

Aleykum salam. Şübhəsiz ki, dinimizin bizə buyurduğu şəriət əhkamlarının bir hikməti vardır. Lakin, bəzən Uca Allah bu əhkamların hikmətini bizə Quranda və ya hədislərdə bildirmiş, bəzən isə bildirməmişdir.

Pages