təmizlənmə

Qiblədən azacıq dönmək namazı batil edirmi?

    25.09.2019
Sual: 
Salam əleykum.Qadın səcdədeykən dirsəklərini tam yerə qoymalıdır? 2)Boyununda qüsul olmasa belə, qüsul aldıqdan sonra dəstəmaz almadan namaz qılmaq olarmı? 3)Sünnət namazları vərdiş halında hər zaman qılıram ama bəzən olurki qılmaya bilirəm qəzasını qılmaq isteyirəm qəzası yoxdur diyə qılmamalıyam? Ve namaza başlamadığım müddətlərin yerini sünnət namazlarım tamamlarmı? 4)Qiblə 207 dərəcədən başlamaqla 218 dərəcəyə qədər namaz qılınarsa namazı düzgündürmü?ALLAH razı olsun. Təşşəkkürlər.
Cavab: 

Va aleykum salam.

Oral intim əlaqədən imtina etdiyimə görə günah qazanırammı?

    20.09.2019
Sual: 
Salam.sualım üçün evvelceden üzr isteyrem.8 ildi aileliyem.yoıdasım oral seks isteyr mense iyrenirem bunu qebul ede bilmirem bu halda ozumu alçalmış hiss edrem xoş dillede desem razı olmur.mene qarşı aqresivlesir.men normal qaydada olsun deyrem razilasmir.mene hede qorxu gelir.senin üçün pis olacag deyir.mene qezebli halda üz cevirib yatir.qorxdugum meleklerin lenetine geleremmi men yenede deyrem men sadece oral munasibete razi deyilem.men bu emeli etmesem mene gunah yazılır ya yox?men bunu bilmek istiyirem.xaiş edrem mene konkret ya he yada ki yox cvb yazasız.
Cavab: 

Va aleykum salam. Ərinizin sizdən oral intim tələbini qəbul etməyin və bu əməldən imtina edin. Çünki bu əməl əxlaqa ziddir və natəmizlikdir.

Sağ qolum gipsə qoyulduğuna görə dəstəmazı necə ala bilərəm?

    18.09.2019
Sual: 
Salam . Sağ gölüm gipsda olduğuna görə,(qətiyyən terpede bilmirəm) dastamaz ala bilmirem. Dastamazi necə ala bilərəm?
Cavab: 

Va aleykum salam. Əvvəla Uca Allahdan sizə şəfa diləyirik. Belə olan halda təyəmmüm almağa cəhd edin. Əgər təyəmmüm almağa da imkan yoxdursa, o zaman olduğunuz halda namaz qılın. Çünki üzürlü hesab olunursunuz.

Dəstəmaz alarkən güzgüyə baxmaq və ya tüpürmək dəstəmazı pozurmu?

    16.09.2019
Sual: 
Salamun aleykum bilmey isderdim hamamda desdamaz alanda qarsimda guzguden ozume baxiram bu duzgundurmu? Ve birde desdamaz alanda agzimi yaxalayandan sonra burnumu ve elimi yuyanda tupururem bu desdamazi pozurmu? Cavab verdiyiniz ucun cox sagolun
Cavab: 

Va aleykum salam. Dəstəmaz alarkən güzgüyə baxmaq və ya tüpürmək icazəlidir. Həmçinin oxuyun:

Qüsl aldıqdan sonra gələn şəffaf maye qüslü pozurmu?

    16.09.2019
Sual: 
Salam Aleykum.Sizə məziylə bağlı sualım var.Bu məni çox düşündürdüyü üçün yazmalı oldum Mən qüsllu idim.Çimdim və qüsl aldım.Çiməndən 5 dəqiqə sonra cinsiyyət orqanımdan çox az miqdarda şəffaf bir maye ifraz olundu.Bu məzidir?Yoxsa qüsl almalıyam yenidən?
Cavab: 

Va aleykum salam. Cinsiyyət üzvündən gələn şəffaf maye məzidir və buna görə qüsl almağa ehtiyac yoxdur. Sadəcə yuyunub dəstəmaz almaq kifayətdir. Qüsl yalnız şəhvət nəticəsində sperma ifraz olunduqda vacib olur. Şəhvət olmadan az miqdarda gələn spermaya görə isə qüsl etmək lazım deyil.

Səfərdə ikən Cümə namazı ilə Zöhr namazını cəm etmək olarmı?

    03.09.2019
Sual: 
asSalamu Alekum və Rəhmətullahi və Bərəkətuh dəyərli qardaşlar. Allah Sizdən razı olsun. Sizin sayənizdə elmimizi günü gündən artırırıq. Bir neçə sualım olacaq Allahın izni ilə. 1.Cümə namazı ilə Əsr namazaını birləşdirmək bidətdir? Məsələn səfərə gedirsən Cüməni qılıb dalıyca əsri. 2.Cümə namazı Zöhrdən əvvəl, duha vaxtı qılına bilər? 3.Quslun dəstəmazı əvəz etməsinin dəlili nədir?
Cavab: 

Va aleykum salam və rahmətullahi və bərakətuhu.

Hər dəfə yuyunduqdan sonra paltarıma sidiyin bulaşması haqda vəsvəsə gəlir, bundan necə qurtulum?

    31.08.2019
Sual: 
Salam. Mən namaza yeni başlamışam və əvvəlcə qılırdım, sonra məşğələlətim olduğu üçün qıla bilmədim. İndi isə yenu başlamışam və məni bir şey narahat edir, deməli, hər dəfə dəstəmaz almazdan öncə ayaqyolunda istibra edirəm, lakin elə fikirləşirəm ki, guya, paltarıma sodok damcısı dəyib, hətta, demək olar ki, hər gün bu halı yaşadığım üçün yeni alt paltarı geyinmək məcburiyyətində oluram. Bu hallar, bilirəm ki, şeytan təşvişləridir, bəs bundan necə qurtula bilərəm?
Cavab: 
Va aleykum salam. Sualda qeyd etdiyiniz hal özünüz təsdiq etdiyiniz kimi şeytanın vəsvəsəsidir. Bu vəsvəsədən qurtulmaq üçün ilk növbədə şəriət baxımından təharət məsələlərini yaxşıca öyrənin. Həmçinin, bilin ki, Uca Allah bizi yalnız gücümüz çatan əməllərlə mükəlləf etmişdir.

Pages