təmizlənmə

Ayaqyolunda mütləq su ilə təmizlənmək lazımdır?

    18.06.2016
Sual: 
Salam aleykum. Sualıma görə üzr istəyirəm. Tualetdən sonra mütləq yuyunmaq vacibdirmi? Yuyunmadıqda qəbir əzabımız ağırlaşırmı? Böyrəyində problemi olanın və ya çox su içdiyinə görə tez tez ayaqyoluna getməyə məcbur olan adam hər dəfə dəstəmaz almadıqda belə yuyunmalıdırmı? Çünki hər dəfə yuyunduqca soyuqdəyə bilər.
Cavab: 

Və aleykum Salam. Ayaqyoluna getdikdə təmizlənmək lazımdır. Su ilə təmizlənmək mümkün olmadıqda quru şeylərlə, məsələn kağızla təmizlənmək olar.

Bilməyərəkdən dəstəmazsız qılınan namaz səhihdirmi?

    15.06.2016
Sual: 
Salam Aleykum. Bilmeyerekden namazi destemazsiz qildim. Destemaz almadigimi sonradan xatirladim. Namazim sehihdir?
Cavab: 

Və aleykum Salam. Dəstəmazsız qılınan namaz sayılmır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Dəstəmazsız, namaz qəbul olunmaz". (Muslim, 224). Ona görə də siz həmin namazı dəstəmaz alıb yenidən qılmalısınız.

Oruc olanda dəstəmaz alarkən ağıza və buruna su çəkməmək olarmı?

    15.06.2016
Sual: 
Salam. Suallarimizi etrafli sekilde cavablandirdiginiz ucun tesekkur edirem. Sualim beledir. Destemaz alanda agiza su aliriq yaxalayiriq. Bes men oruc tutsam nece destemaz alacam ? İster istemez su gedir uje adam udur. Birazda olsa gedir bogaza su. Nece edecem bes ? Ola bilerki destemaz alanda agizi yaxalamayaq ?
Cavab: 
Və aleykum Salam. ­Peyğəmbər (salləllahu aleyhi və səlləm) dəstəmaz alarkən daim üzü ilə birlikdə ağıza və buruna su çəkərdi. Onun dəstəmazını vəsf edən bütün səhabələr bunu qeyd etmişlər.

Pages