təmizlənmə
Yaxınlıq olmayıbsa, oruc tutmamışdan qabaq qüsl almaq lazımdır?
Və aleykum Salam. Hər bir halda cinsi yaxınlıq və ya məni ifraz olmayıbsa, qüsl almağa ehtiyac yoxdur. Həmçinin, təmiz olan yatağı da dəyişməyə ehtiyac yoxdur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
İstimna etdikdən sonra qüsl alınmalıdır?
Dəstəmaz tez-tez pozulursa, hər dəfə yenidən dəstəmaz almaq lazımdır?
Cənabətli halda dəstəmaz almaq olar?
Ramazan ayı üçün necə qüsl almaq lazımdır?
Və aleykum Salam. Ramazan ayı daxil olanda xüsusi qüsl almağa ehtiyac yoxdur. Qüsl alarkən "Bismilləh" deyilir. Həmçinin, oxuyun: Qüsl hansı hallarda və necə alınır?
Namazı anam qıldığı kimi qılmaya bilərəmmi?
Ayaqyolunda mütləq su ilə təmizlənmək lazımdır?
Və aleykum Salam. Ayaqyoluna getdikdə təmizlənmək lazımdır. Su ilə təmizlənmək mümkün olmadıqda quru şeylərlə, məsələn kağızla təmizlənmək olar.
Bilməyərəkdən dəstəmazsız qılınan namaz səhihdirmi?
Və aleykum Salam. Dəstəmazsız qılınan namaz sayılmır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Dəstəmazsız, namaz qəbul olunmaz". (Muslim, 224). Ona görə də siz həmin namazı dəstəmaz alıb yenidən qılmalısınız.