təmizlənmə

Qüslu almağa niyyət edərkən hansı qüsl olduğunu dilə gətirməliyik?

    13.08.2016
Sual: 
Heyz quslu aldıqda sadəcə niyyət etdim Allah rizası üçün qusul almağa demək düzgündürmü? Yoxsa aldığımız qusulun adı deməliyik mi?
Cavab: 
Salam aleykum. Qüsl alarkən niyyəti dillə deməyə ehtiyac yoxdur. Qəlbinizdə adi çimmək yox, qüsl niyyəti ilə hamama girirsinizsə artıq niyyət etmiş sayılırsınız. Bu cavabı oxuyun: Niyyət etmək bidətdirmi?

Paltarın nəcis dəymiş yerini yuyub onunla namaz qılmaq olar?

    13.08.2016
Sual: 
Salam menim paltarima biraz sidiy deyib men paltarin o hissesini yuyub sora namaz qila bilerem tesekkur edirem
Cavab: 
Və aleykum Salam. Bəli, paltarın nəcisə bulaşmış hissəsini təmizləndikdən sonra o paltarda namaz qıla bilərsiniz. Xovlə binti Yəsar dedi: "Ey Allahın elçisi, mənim yalnız bir libasım var və aybaşı olarkən həmin paltar əynimdə olur.

Sünnət olunmamış adam Quran oxuyub namaz qıla bilərmi?

    12.07.2016
Sual: 
Her vaxiniz xeyir!men elilem quran oxumag isteyirem destemaz almagima eyilib ellimi ayag barmaglarima mesh cheke bilmirem bashqa yolla destemaz ala bileremmi?birde sunnet olmadan quran oxumag dua etmek namaz qilmag gunahdirmi?Xaish edirem cavablandirasiz.chox sag olun
Cavab: 
Salam aleykum. Allah sizi xeyirlə mükafatlandırsın! Dəstəmaz ala bilməyən təyəmmüm edir. Quranı dəstəmazsız oxumaq olar. Həmçinin, sünnət olunmamış adam Quran oxuya və ya dua edə bilər. Amma sağlamlıq imkan verirsə, sünnət olnunmaq hər bir müsəlmana vacibdir. Daha ətraflı: 

Qüsl almağı gecikdirmək olarmı?

    11.07.2016
Sual: 
Salam. Heyz cenabet varsa bawqa qusullerde daxil quslu ne qeder gecikdirmek olar? Yeni dinde bele bir mehdudiyyet varmiki nece gun erzinde qusl verilmelidir deye? Twk.
Cavab: 
Və aleykum Salam. Qüslu yalnız qüsl almaq üşün maneə olduqda gecikdirmək olar. İmkan tapılan kimi qüsl almaq lazımdır. Daha ətraflı: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?

Cənabət qüslu hansı hallarda alınır?

    11.07.2016
Sual: 
Salam.bilmek istiyirdim (1 sual): Cenabet quslu tamamen hansi hallarda verilmelidir? (2sual): Cinsi elaqe olmadan alt paltarina maye deyerse ondada Cenabet quslu verilmelidir? (3 sual): men cenabet quslu verende once bawimdan awagi su tokerek niyyet edirem (cenabet quslu aliram vacib qurbeten illelah deyerek) sonrada sag ve sol ciyinlerden suyu tokerek Salavat edirem bunu 3 defe bu wekilde edirem.hemcinin diyer qadin ucun qusullerdede eynile bele (niyyeti deyiwmekle) edirem.Bu yalniwdirmi?
Cavab: 

Və aleykum Salam.

Pages