təmizlənmə
Xəstəlik səbəbindən qüsl alarkən başı yumaq əvəzinə məsh etmək olarmı və digər suallar
Va aleykumus-Sələm.
Namazı qutardıqdan sonra dəstəmazın pozulması namazı batil edirmi?
Va aleykumus-Sələm. Namaz vaxtı dəstamazın pozulması namazı batil edir, namazı bitirdikdən sonra dəstəmazın pozulması isə namazı batil etmir. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
Uşağın altını dəyişdirmək dəstəmazı pozurmu?
Va aleykumus-Sələm va rahmətullah. Uşağın nəcisini təmizləmək və yumaq dəstəmazı yaxud qüslu pozmur. Sadəcə əlləri təmiz yumaq kifayətdir. Daha ətraflı:
Dəstəmazı və namazı batil edən hallar
Donuz əti dəymiş qabı necə təmizləmək lazımdır?
Va aleykumus-Sələm va rahmətullah. Bunun üçün şəriətdə xüsusi bir təmizləmə qaydası yoxdur. Adi kirli qabları yuduğunuz kimi həmin qabı da eyni qaydada yuyursunuz. Lakin itin ağzı dəydiyi qabı təmizə çıxarmaq üçün şəriətdə xüsusi qayda göstərilmişdir. Daha ətraflı:
Heyz 10 gündən artıq davam edərsə, buraxılan namazlar qəza edilməlidirmi?
Va aleykumus-Sələm. Əgər həqiqətən həmin axan qan heyzdəndirsə, onda həmin günlərdə buraxılan namazların qəzasını qılmaq lazım deyil. Əgər həmin qan heyzdən deyilsə, onda istihazə qanıdır. İstihazəli halda isə dəstəmaz alıb namaz qılmaq lazımdır.
Aşağıdakı halların hansında qüsl almaq vacibdir?
Va aleykumus-Sələm. Qeyd etdiyiniz halların bəzilərində qüsl almaq vacib, bəzilərində isə bəyəniləndir. Bu cavabları oxuyun:
Qüsl hansı hallarda və necə alınır?
Şəhvətlə özümü boşaltmaqdan necə əl çəkim? Şəhvət hissinə görə axan maye namazı batil edirmi?
Va aleykumus-Sələm. Bu hərəkət vərdişə keçdikdən sonra ondan çəkinmək çətin olur.
1. Bu cavabı oxuyun: Masturbasiyanı necə tərgitmək olar?
Spirtli içkilər içilən evdə namaz qılmaq olar?
Va aleykum Salam.
Spirtə əl vurmaq olarmı?
Salam aleykum. Bəli, spirtə əl vurmaq olar və bu hal dəstəmazı pozmur. Həmçinin, oxuyun: Dəstəmazı və namazı batil edən hallar