Salam . Men bir yerdr ewiddim ki . Kebinsiz qurulan aile yeni (molla kebini) olmadan qurulan ailenin uwaqlari hec vaxd cennete duwe bilmez. Kebinsiz qurulan aile zina saylir?????
Bizim ailede atam anam arasnda kebin yoxdur . Men buna gore cox narahatam . Biz indi uwaqlar seytan balalrii sayliriq????? .
Buna gore ailemi mecbur edrem ki kebin kessinler.
Indi kesseler gec olmaz ki ?aebul olunar?? 18 il kecib usdunden .
Cavab:
Və aleykum Salam. "Kəbinsiz doğulan uşaqlar Cənnətə düşməyəcək" fikri yalnışdır. Hər kəs öz əməllərinə görə sorğu-sual olunacaq. Uca Allah buyurur: "De: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?" Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir.
Salam bəzi suallarımı vermək istəyirəm, öncədən çoxsağolun, sualım bu idi ki Quranda təkamülə dair məlumatlar varmı, və ya Quran təkamülü təsdiq və ya inkar edirmi, ilahiyyatçıları əksəriyyət təkamülü cəfəngiyat olaraq dəyərləndirir, elədirsə bu cəfəngiyyat nəyə görə dünyanın ən qabaqcıl ölkələrində tədris edilir?
Salam,men sorusmaq istiyiremki men bir adamnan cox incimisem hec cur qelbimde bagisliya bilmirem yeni men onu basa sala bilmirem ele dediyi sozu indide deyir qelbimi qirir,ustundende deyir menim qelbim temizdi dilim zeher,axi basa dusmur menim qelbimi qirandan sora onun qelbu menim neyime lazimdi,indi bu adam mesede getmek istiyir gelib mendende halallasir men indi ortada qalmisam bagisliya bilmirem desem yene dava olacaq,bagisdiyiram desemde yalan demis olacam mene bir yol gosterin xahis edirem
Cavab:
Və aleykum Salam. Başqasının qəlbini qırmaq və kobuluq etmək onun haqqına girmək olduğu üçün günahdır. Qəlbinin təmizliyini iddia edən insan günahlardan uzaq olmalıdır. Ona halallıq verib-verməmək isə sizin haqqınızdır. Bu məsələdə sərbəstsiniz.
Salam Aleykum Exi Can.
Peygemberimiz(s.e.v) den bele bir Hedis Varmi ki men ozumden sonra iki emanet qoyub gedirem Biri (Kitabullah) Quran digeri ise Ehli beyt.?
Birdeki H.Z Omer(r.a) Fatimeni vurub deyirler.eyer vurubsa bu emanete xeyanet sayilirmi?
Salam aleykum ve rehmetullah.
Salam kerbaladan getirilmiw torpaqla teyuuum almaq olar
Cavab:
Və aleykum Salam. İslamda hər hansı bir yerdən gələn torpağı xüsusiləşdirərək təyəmmüm etmək buyurulmayıb. İstənilən pak torpaqla təyəmmüm etmək olar. Daha ətraflı: Təyəmmüm etməyin qaydası
salam men ALLAHA el acim yalvaranda gozlerim doul ozumu itirerem EY ALLAHIM NIYE axi menim arzumu yerine yetirmirsen deyirem bu sizce ne qeder duzgundu.
Cavab:
Və aleykum Salam. Duada bu cür sözlər demək düzgün deyil. Tələsmədən, Allaha üsyan etmədən edilən dualar qəbul olunur. Daha ətraflı: Dualarım qəbul olmur, nə edim?
insanlarin inandigi inanclar duzgundurmu sexsen men buna inanmiram
Cavab:
Salam aleykum. Əgər siz bəd əlamətlərə inanmaq, düşər-düşməzliyi nəzərdə tutursunuza, belə şeylərə inanmaq böyük günahdır. Daha ətraflı: Bəd əlamətlərə inanma!