xurafat

Sizə bir neçə sualım var

    31.03.2014
Sual: 
Assalamu aleykum. Saytinizi chox beyendim. Allah sizlerden razi olsun, elminizi artirsin inshallah. Menim size bir neche sualim olacaq. Eger mumkundurse ayri-ayriliqda cavab vererdiz. 1) Men bilmek isteyirem ki, Ya Sin suresi öluye oxunanda oluye nese chatir ordan? 2) Menim atam ve nenem 6-7 il olar ki, dunyalarini deyishibler. Amma tez-tez menim yuxuma gelirler. Bilmek isteyirem ki, bu ne ile elaqeder ola biler?3 3) Son zamanlar tez-tez olumumu xatirlayiram ve Allah qarshisinda nece cavab vereceyimi dushunurem. Demek ki, olar ki, her gun beynimde olumu fikirleshirem.
Cavab: 

Aleykum salam.
1) Bu barədə daha ətraflı bu linki oxuyun: 
"Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?"
2) Yuxu ilə bağlı isə bu linki oxuyun:

Ölü üçün Quran oxumaq və ölünü 2 dəfə yumaq olarmı?

    13.03.2014
Sual: 
Salam aleykum. 1) Qəbiristanlıqda Quran və ya Quran surələri oxumaq olarmı? 2) Ölünü 2 dəfə chimizdirmək nə dərəcədə düzgündür? Məsələn; Bakida ölüb chimizdiriblər, sonra kəndə gətirib yenə chimizdirirlər...
Cavab: 

Aleykum salam. 1) Əgər ölüyə oxunan Quranı və ya surələri nəzərdə tutursunuzsa, xeyir olmaz. Daha ətraflı buradan da oxuya bilərsiniz; "Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?"

Qurani Kərimi xətm etdikdən sonra Quranı tapşırmaq olarmı?

    04.03.2014
Sual: 
Salam aleykum. Qurani bitirdikden sonra muellimi eve chagrib Qurani Kərimi tapshirmaq gunah sayilmaz? Xahiş edirəm ki, zəhmət olmasa bu məsələni mənə geniş şəkildə izah edib, incəliklərinə qədər başa salasınız. Əvvəlcədən sizə təşşəkkür edirib öz dərin minnətdarlığımı bildirirəm.
Cavab: 

Aleykum salam. Əgər siz tapşırmaq dedikdə Quran oxuyub savabını ölülərə verməyi nəzərdə tutursunuzsa, ölülər üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir.

Gülün düşər-düşməz olması doğrudur?

    04.03.2014
Sual: 
Salam aleykum. Gülün nese bir ehemyyeti varmi? Yeni düşer-düşməzi...? Əgər ətraflı və geniş şəkildə izah etsəniz bezmədən, yorulmadan oxuyub sizə minnətdar olaram. Əvvəlcədən təşəkür edirəm. Çox Sağ Olun!.
Cavab: 

Aleykum salam. Xeyr, bu yalnışdır. Sizə bir misal çəkim; hamımız bilirik ki, insanın həyatını idarə edən Allahdır. Əgər Allah insana bir xeyir vermək istəsə, bu xeyirə kim mane ola bilər? Həmçinin, əgər Allah insana zərər vermək istəsə, buna kim mane ola bilər?

Ölən üçün adi günlərdə ağlamaq günahdır?

    02.03.2014
Sual: 
Salam aleykum. Ölmüş insan üçün adi gunlerde aglamaq gunahdir? Bele bir shey oxumusham, kim ölmüş insan üçün aglayarsa, hemin insan qebirde ezab chekir. Bu dogurdanda beledir? Xahiş edirem ki, mene etrafli izah edersiniz. Size eziyyet verirem deye bağişlayın ve haqqinizi halal edin!
Cavab: 

Aleykum salam. Ölən insan üçün ağlamaq günah deyildir. Xüsusən də əgər ölən şəxs yaxın insanlardan sayılırsa, bu zaman insanın ağlaması təbiidir. Hətta Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) övladı vəfat etdikdə onun gözlərindən yaş gəldi.

Pages