xurafat
Deyirlər seyyidlərin əli yüngül olur...
Aleykum salam. Sualınızla bağlı bu cavabları oxuyun:
Seyyid anlayışı doğrudur?
Qorxan adamı çıldaq etmək olar?
Aya baxıb salavat çəkmək doğrudurmu?
Aleykum salam. Peyğəmbər "hilal"-ı (təzə ayın əlamətini) gördükdə bu duanı oxumağı tövsiyə etmişdir: "Allahu əkbər, Allahummə əhilləhu aleynə bil əmni va iməni va-s-sələməti va-l-isləmi va tovfiqi limə tuhibbu rabbənə va tərda rabbunə va rabbukə-llah".
Bürclərə inanmaq günahdır?
Aleykum salam. İslamda fala baxmaq və ya baxdırmaq, bürclərə iman gətirərək, onlara bağlanıb, onların verdiyi proqnoza görə hərəkət etmək Allaha küfr etməkdir. Bürclər, ulduzlar, ay, günəş və s. səma cisimləri insanların və kainatın taleyinə, qədərinin dəyişməsində heç bir rola malik deyildir.
Evin damına boş bir şey qoymaq günahdır?
Aleykum salam. Şəriətə görə dama boş şey qoymaqda heç bir günah və ya bir problem yoxdur. Əslində bu cür fikirlərin özü islama görə boş şeylərdir. Ümumiyyətlə islama görə bu kimi fikirlər batil inanclardan və xurafatlardan qaynaqlanır.
Gecə vaxtı saç kəsdirmək günahdır?
Aleykum salam. Gecə vaxtı saç kəsdirməyin günah olması barədə səhih məlumat yoxdur.
Seyyidə inanmaq doğrudur?
Salam aleykum. Cavabı buradan oxuyun: Seyyid anlayışı doğrudur?
Nəzir verərkən pulu başa fırlatmaq olar?
Salam aleykum. Nəzir veridkə pulu başa fırlatmaq lazım deyil. Bunu edənlər düzgün etmirlər. Bunu edən elə fikirləşir ki, belə etsə O verdiyi pul ona haram olacaqdır, bu isə yalnış iddiadır və günahdır. Həmçinin, nəzir verəndə heçnə demək lazım deyil.
Dua yazdırıb gəzdirmək olarmı?
Aleykum salam. Hər hansı bir məqsəd üçün dua yazdırıb üstündə gəzdirmək islam dininə müxalif olan əməllərdəndir.
Bürclərə inanmaq doğrudur?
Və aleykum Salam. Bu haqda islamda heç bir məlumat verilmir. Ümumən islam dini bu cür xurafatların əleyhinədir. Heyvan illəri, bürclər, ulduzlar, aylar, illər, günəş, ay, ulduzlar və s. səma cisimləri insanların və kainatın taleyində, qədərinin dəyişməsində heç bir rola malik deyil.