xurafat

Dua və ya Qurandan surə yazıb onu üzərində gəzdirmək olarmı?

    27.01.2014
Sual: 
Salam aleykum. Qurandan sure yazib onu ustunde ve yaxin haradasa qoymaq gunahmi? Eyer gunahdirsa onu ne edim?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə mötəbər İslam alimlərinin fikirlərinə görə dua, surə, ayə asılmaz və ya gəzdirilməz. Əkisnə dua edilər, ayə və ya surə isə oxunular. Dərmanı gəzdirmək xəstəyə təsir etmədiyi kimi,  duanı və ya ayəni üzərində gəzdirmək də insana təsir etmir.

Gecə güzgüyə baxmaq olarmı?

    18.01.2014
Sual: 
Salam aleykum. Gece guzguye baxmaq olarmi?
Cavab: 

Aleykum salam. İslamda güzgüyə baxmaq üçün və ya baxmamaq üçün xüsusi bir vaxt təyin olunmayıb. İslama görə heç bir şeydə uğursuzluq yoxdur. Bu cür inanclar tamamilə camaatın güman və lazımsız yerə xoflanmağından irəli gəlir.

Pages