xurafat

Gecə güzgüyə baxmaq olarmı?

    18.01.2014
Sual: 
Salam aleykum. Gece guzguye baxmaq olarmi?
Cavab: 

Aleykum salam. İslamda güzgüyə baxmaq üçün və ya baxmamaq üçün xüsusi bir vaxt təyin olunmayıb. İslama görə heç bir şeydə uğursuzluq yoxdur. Bu cür inanclar tamamilə camaatın güman və lazımsız yerə xoflanmağından irəli gəlir.

Seyyid anlayışı doğrudurmu?

    06.01.2014
Sual: 
Salam Aleykum. Muselmanlardan seyyid olanlar dogru anlayishdir?
Cavab: 

Aleykum salam. "Seyyid" sözü ərəb dilində ağa, başçı deməkdir. İslam dinində seyyid sözü hörmət əlaməti olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavtı olsun) nəslindən olan insanlara deyilir.

Yerə düşən çörəyi öpüb alına qoymaq şirk sayılır?

    06.01.2014
Sual: 
Salam aleykum.Yere dushen choreyi yerden goturub opub alina qoymaq olarmi;Bu shirk sayilirmi;Allah subhenehu ve teala sizden razi olsun.
Cavab: 

Aleykum salam. Yerə düşən çörəyi öpüb alına qoymaq şirk sayılmır. Allahın bəxş etdiyi nemətlərə görə bizdən nemətin qədrini bilmək və buna görə Rəbbimizə şükür etmək tələb olunur. 

Pages