dua

Dinimizdə "Salavati-fatih" deyilən bir dua varmı?

    27.01.2026
Sual: 
Salam.Mən instagramda gördüm bir qız deyirdiki salavati fatih duası var və çox savabdır amma Azərbaycanca bu duanı axtarıb tapa bilmədim deyilənə görə bu duanı 40 gün oxuduqda istəklərinə nail olursan həmdə və bir çox savabları var bu doğrudur? İkinci isə demək istədiyim odurki hacətlərin yerinə yetməsi üçün başqa hansı duaları oxumağı məsləhət görərdiz? Və neçə dəfə oxumaq lazımdı zəhmət olmasa deyərdiz.Allah sizdən razı olsun
Cavab: 

Və aleykum Salam. 

1) Dinimizdə səhih mənbələrdə "Salavati-fatih" deyilən bir dua yoxdur. 

2) İstəklərin qəbul olması üçün duaların qəbul olan vaxtlarında, duanın ədəblərinə əməl edərək dua etmək lazımdır. Ətraflı oxuyun:

Fərz namazlarında səcdədə azərbaycan dilində dua etmək olarmı?

    16.01.2026
Sual: 
Salam aleykum.deyilir ki secdede dualarınızı çoxaldın.men hemişe ferz namazlarında secdelerde dualarımı Azerbaycanca edirem. Ama deyirler ki bunu nafile namazlarda etmek lazımdır.ferz namazında secdede olan dualar erebce olan duaları etmek lazımdır.
Cavab: 

Va aleykum Salam. Bütün namazlarda, istər fərz namazları olsun, istər hafilə, səcdədə azərbaycan dilində dua etmək icazəlidir. Ətraflı oxuyun:

Fərz namazlarından sonra deyilən zikrləri günün digər vaxtlarında demək olarmı?

    05.01.2026
Sual: 
Peygemberin qizi hemise dua ederdi. 34, 33, 33 saylarda ardicil. Men bu duani gun erzinde etsem hansi savabini gore bilerem? Yeni hedislerde meslehet gorulur ki yatmazdan evvel ve ya namazin sonunda. Amma men namaz qilmiram. Umyetle maraqlidi ne namazin sonunda, ne yatmazdan hemen once deyilde, istediyim zaman bu zikri desem nese savab qazana bilecem?
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yatağa girərkən 33 dəfə Subhən-Allah, 33 dəfə Əlhəmdulilləh, 34 dəfə Allahu Əkbər zikrini deməyi buyururb.

İnsan dua etməklə ömrünü uzada bilərmi?

    03.01.2026
Sual: 
Assalamu aleykum. Qaynanam deyirki dua ilə ömrümüzü uzada bilərik.amma mənim bildiyimə görə doğulduğumuz gün bizim ölüm günümüz alnımıza yazılır və bunu Allahdan bşqa heçkim dəyişdirə bilməz. Sadəcə biz dua ilə ömrümüzün uzun,bərəkətli savablarla dolu keçməyi üçün dua etməliyik. Mən düzmü deyirəm?
Cavab: 

Və aleykum Salam. Ölüm və əcəl Allahın qəzası və qədərindəndir. Uca Allah bunu, məxluqatı yaratmazdan əlli min il əvvəl, Öz dərgahında olan Lövhi-Məhfuzda yazmışdır. Buna görə də onda heç bir dəyişiklik olmaz.

Hira mağarasında duaların qəbul olması barədə dəlil varmı?

    20.12.2025
Sual: 
Əs Sələm Aleykum ua Rahmətullah. Hira mağarasında edilən duanın qəbul olma ehtimalı daha çoxdur deyirlər. Bunda həqiqət var? Bu barədə hədis, yaxud rəvayət mövcuddur?
Cavab: 

Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Hira mağarasında duaların qəbul olması barədə dinimizdə heç bir dəlil yoxdur. Həmçinin oxuyun:

Namaza başlayarkən açılış duasını demək vacibdirmi?

    19.12.2025
Sual: 
Salam aleykum və rəhmətullahi və bərəkatuh Mən şiə cammat namazına qoşulmaq istiyirəm imam təkbir veren kimi fatiha və sürə oxuyurlar mən subhanəkə duanı oxuyub imama çata bilmirəm duanı oxumaq vacibdir yoxsa sünnədir oxumasam olar yada qısa bir dua oxusam ( dua yazsaz minətaram) linkə yönəltmədən qısa cavab versəz sevinərəm sagolun.
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Namaza başlayarkən təkbirdən sonra açılış duasını oxumaq sünnədir, vacib deyil. Odur ki əgər imama çatmırsınızsa, onu oxumaya bilərsiniz.

Namazla Allahdan bağışlanma diləməyin fərqi nədir?

    05.12.2025
Sual: 
Salam namazla bağışlanmanın fərqi nədir. Ayələrdə deyir ki, namaz qıl və bəzi ayələrdə deyir ki, Allahdan bağışlanma dilə, bunların fərqi nədir?
Cavab: 

Və aleykum Salam. Allahdan bağışlanma diləmək (Əstəğfirullah demək) bir duadır və dillə edilən bir ibadətdir. İnsan bu dua ilə Uca Allahdan etdiyi günahları bağışlamasını diləyir. Allahdan bağışlanma diləməyin (İstiğfar etməyin) fəziləti barədə ətraflı oxuyun:

Pages