şübhələr

İslamı ciddi yaşamağa başladıqdan sonra dünyaya qarşı zövqü itirirəm, bu hal nədir?

    28.01.2026
Sual: 
Salam aleykum.Men islami esl menada yasadigdan sonra cox deyisdim. Kecirdiyim hisslerin ne oldugunu bilmirem.Evvelheyat rengliidi maragli idi. Indi hecneden zovg almiram. Teztez tek qalib dusunurem. Semaya baxiram yere baxiram planeti ayi gunesi. Hersey cox vahime verir. Semaya baxiram nece qusursuz, mukemmel. Ölumu dusunurem, ölen insanlari, yox olanlari. Hersey Allahin ayeleridir. Ölumden qorxuram. Ibadet edirem ama cox azgelr gunahlarim sanki belimde dasiya bilmediyim bir yuk. Teztez sebebini bilmeden aglamalar gelir.
Cavab: 

Və aleykum Salam. Bu hal imanın artması ilə insanda yaranan təqvadır, yəni Allah qorxusudur. İslam alimləri bildirmişlər ki, iman artdıqca insan Axirət barədə daha çox düşünür, dünya insanın gözündə kiçilir, insanın günahları ona ağır gəlir.

"Namazda əlləri bağlamaq kafirlərə bənzəmək sayılır" şübhəsinə cavab

    27.01.2026
Sual: 
En Mohteber Ehli sunne Alimi olan ibn Abu Şeybe Musennef Kitabi Rical Elmi Ce Yed Yani Yaxsi sened Adlanan bir Senedle Peygember (s) dan Hedis Neqil Edir Ki Peygember (s) Bele Buyurdu San Ki Namazda Sag Ellerini Sol Ellerinin Uzerine Qoyan Yahudi Xaxamlarina Baxiram musennef 3958 cu hedis Peygember (s) bele Buyurdu Eyer kim Ki Bir Qovume Benzemeye Calisarsa oda Onlardandi sunen Ebu Davud libas 4/4031 sual barede fikriniz menbe sehihdi
Cavab: 

Əssələmu aleykum. Uca Allah müsəlmana kafirlərə bənzəməyi haram etmişdir.

Dəlil varmı ki, Əli ibn Əbu Talib Ömərin qayınatası olub?

    16.01.2026
Sual: 
Əli ibin Əbu talib Ömər ibin Xəttabın qaynatası delil var
Cavab: 

Əssələmu aleykum. Tarix və nəsəb alimləri yekdilliklə razılaşmışlar ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) öz qızı Ummu Külsümü Ömər ibn əl-Xattaba (Allah ondan razı olsun) ərə vermişdir. Ummu Külsümün anası isə Peyğəmbərin ﷺ qızı Fatimə (Allah ondan razı olsun) olmuşdur. Tarixçi Yəqubi ö

Xristiana İsanın peyğəmbər olmasını necə sübut etmək olar?

    08.01.2026
Sual: 
Salam aleykum.İsa aleyhissalam haqqında cavablar Qurandan dəlil gətirilib.Xristian biri Queana inanmır axı,ona necə dəlil gətirmək olar ki,İsa Allahın peygəmbəri idi.Onun oğlu,ruhu,pzü deyildi?
Cavab: 

Və aleykum Salam. İsanın Allahın qulu və elçisi olmasını anlamağa əslində bir az düşünmək kifayət edir. Uca Allah Quranda əqli dəlil gətirərək buyurur: "Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər.

Ağlıma gələn küfr fikirlər şeytandandırmı?

    05.01.2026
Sual: 
Salam aleykum. sualım odur ki, bəzən ağlıma kufr dolu fikirlər gəlir. lakin ayırd edəmmirəm ki, bu şeytanın vəsvəsəsidir, yoxsa mənim öz nəfsimdən? Vəsvəsə olub-olmadığını necə anlaya bilərəm? Və bu halda nə etməliyəm?
Cavab: 

Və aleykum Salam. Hər bir halda pis fikirlər şeytandan olur. Əgər insan bu fikirləri qəlbən inkar edirsə, demək ki, bu şeytandandır. Ətraflı oxuyun:

Namazda ürək döyüntülərinin artması və həyəcan nədəndir?

    28.11.2025
Sual: 
As salamu aleykum va rahmatullah va barakatu,bu hadisə mənim başîma 2ci defedirki gelir.Namazda olarken urey doyuntulerim arti,esmeye başladim,sanki ureyim partlayacaq,çox şiddetli doyunurdu,Subh namazina yaxin gece namazi qilirdim,Allahdan bagislanma dilemek ucun,ama bu sebebden rahat dua ede bilmedim,aglamadîm,namazi biraz telesik qildim,namazi bitiren kimi bu hal keçdi,urey doyuntum normala döndü,əsməm keçdi.buna sebeb ne ola biler,vesvesedimi ve olmamagi ucun hansi dualati oxumaliyam,as salamu aleykum va rahmatullah va barakatu
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Dediyiniz bu hal vəsvəsə ola bilər. Vəsvəsələrdən qorunmaq üçün dua və zikrlər edin. Ətraflı oxuyun:

Bir hədisdə Peyğəmbərimiz salavatın ona çatdığını deyir, bəs dualar necə?

    15.10.2025
Sual: 
Salam Aleykum,bir sualim vardi,elhamdulilllah tovhid eqidesindeyem,Lakin bezi yasadigim hadiselere gore xestelik ve s,insaAllah sizdende dua isteyirem,pirlere flan getmeli oldum amma getdiyimde kenarda durub hecne etmirem qelbimde onsuzda inkar etmisem inanmiram sirkdi cunki.,sadece bir sualim var dua etdiyimizde peygemberi(s.a.v)vasite etmek olar?cunki peygember salavatin ona catdigini deyir hetda peygemberin hedisi varki(Allah ruhunu ona qaytarir)zehmet olmasa cavab vererdiz,Allah xeyirle mukafatlandirsin sizleri.
Cavab: 

Və aleykum Salam. Tövhid əqidəsində olmaq böyük bir nemətdir və Uca Allahdan buna görə şükür etmək və sabitlik istəmək lazımdır. Uca Allah sizi tövhid əqidəsində sabit etsin!

Paltarın təmizliyi ilə əlaqəli vəsvəsələrim olur, bundan necə qurtula bilərəm?

    09.10.2025
Sual: 
Herbir meseleyle bagli mene vesvese gelir ve men onu elemiyende narahat oluram meselen eynime geyindiyim paltarolsun el yumaq olsun elde paltar yuya bilmirem paltari masina atiram parasok tokurem yuyur tezeden birde qoyuram patasok tokurem bir sozle herseye takiliram tovbe edirem neqeder elemisem sahifde tutmusam ama icim yeyir meni ne edim siz deyin sagalmaq isdeyirem nolar kpmek edin

Paltarları yuduqdan sonra təmiz olmadığı barədə vəsvəsə gəlir, nə edə bilərəm?

    23.09.2025
Sual: 
Mene vesvese gelir paltarlarimi elimde yuya bilmirem elebilirem temiz olmur temiz paltarlarimda beynim ikisir getirib tezeden yuyuram ne edim bilmirem
Cavab: 

Əssələmu aleykum. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Təmizlik imanın yarısıdır". (Muslim, 223). Lakin İslam dini hər bir məsələdə orta mövqe tutmağı və həddi aşmamağı buyurur.

Cəbriyyə əqidəsi nədir?

    27.08.2025
Sual: 
SALAM ALEYKUM İSLAMDA CEBR ƏQİDESİ VAR? VARSA İZAHIN VERERDİZ ZEHMET OLMASA
Cavab: 

Və aleykum Salam. Yəqin ki sual verən "Cəbriyyə" əqidəsini nəzərdə tutur. Cəbriyyə Qədərə imanda azmış tayfalardan birininin əqidəsidir. Bu əqidədə olanlara "Cəbriyyələr" deyirlər.

Pages