Namazda əlavə səkkiz salam nə zaman deyilir?

    29.03.2018
Kimdən: 
Huseyn
Sual: 
Salam Aleykum. 1) Bildiyimiz kimi namazin son ruketlerinde salamlar 3 ededdir. Bu salamlardan elave 8 mustereek salam da var. Bes bu salamlari ne zaman deyirik? 2) Namazda istediyimiz dua ve sureni namazin Dua hissesinden evvel oxumag olar? 3) Temizlik ve Pakliq deyilen qusl varmi? Yuxuda olarken meni axarken yuxudan durub Temizlik ve Pakliq quslu almaq duzdurmu? 4) Valideyn usagi yalan danismaga mecbur ederse gunah kime yazilar? 5) Destemaz aldigdan sora ele pul deyse destemaz batil olar? 6) Men namazlari birlesdirib qiliram. 1 ci namazin evvelinde iqameni deyirem. Amma 2 ci de yox. Babam deyib mene bunu. Sizce duzdurmu? 7) Gundelik namazlarin teqibatlari ne zaman deyilir?
Cavab: 
Va aleykum Salam. 
1. Namaz sonda sağa və sola verilən iki salamla bitir. Səkkiz müştərək salamın isə səhih hədislərdə heç bir əsası yoxdur. Həmçinin oxuyun:
2. Namazda dualar səcdədə və salamdan qabaq təşəhhüddən sonra edilir. Quran surələri isə namazda yalnız qiyamda (ayaq üstə durarkən) əl-Fatihə surəsindən sonra oxunur. İbn Abbas (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "…Hə­qiqətən rüku və səcdədə Quran oxumaq mənə qadağan edil­di...". (Muslim, 1074). Daha ətraflı: Namazda olarkən səcdədə dua etmək doğrudur?
3. Təmizlik və paklıq qüslu elə cənabət qüsludur. Bu qüsl cinsi münasibətdən və ya yuxuda qeyri-ixtiyari olaraq spermanın gəlməsindən sonra alınır. Daha ətraflı: 
4. Valideyn övladını yalan danışmağa məcbur edərsə, valideyn günah qazanır, övlada isə günah yazılmır. Çünki, Peyğəmbər demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilən günahları bağışlamışdır". (İbn Məcəh, 2043). Həmçinin oxuyun: Yalan danışmaqdan çəkinin!
5. Pula əl vurmaq dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər 
6. Səbəbsiz yerə namazları birləşdirmək olmaz. Hər namazın öz vaxtı var. Namazların birləşdirilməsi yalnız ciddi zərurət halında və səfərdə olarkən icazəlidir. Namazları birləşdirdikdə isə hər namaza ayrıca iqamə deyilməlidir. Daha ətraflı:  
7. Fərz namazından sonra "Subhanəllah", "Əlhəmdulilləh", "Allahu Əkbər" zikrlərinin hər birini otuz üç dəfə demək, habelə Ayətul-Kursini, əl-İxlas, əl-Fələq, ən-Nas surələrini və namaza aid digər zikrləri oxumaq müstəhəbdir. Təqibat adlanan duanın isə səhih hədislərdə heç bir əsası yoxdur. Bu, sonradan dinə salınan bidətdir (yenilikdir). Həmçinin oxuyun: Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı? 
 
Paylaş: