Bütün günahlara birlikdə tövbə etmək olarmı?
1) Uca Allah bizə gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Bu namazları səbəbsiz yerə 3 dəfə qılmaq günahdır. Yalnız üzrlü səbəblərdən namazları bəzən cəm edib üç dəfə qılmaq olar. Səbəbsiz yerə gündə üç dəfə namaz qılan insan hər gün iki namazını qəza etmiş sayılır. Daha ətraflı:
2) Bəli, bütün günahlara birlikdə tövbə etmək olar. Əgər siz etdiyiniz günahlara bir daha qayıtmamaq niyyəti ilə tövbə etsəniz, Uca Allah sizi bağışlayacaq. Bundan sonra nəfsinizə qalib gələ bilmədən yenə günah etsəniz təkrar tövbə etmək lazımdır. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53-54). Daha ətraflı:
3) Tövbə özündən əvvəlki günahları yuyur. Odur ki, tövbə etmək kifayətdir. Həmçinin səbəbsiz yerə tərk olunan namazları qəza etsəniz belə bu namazı itirmiş sayılırsınız. Daha ətraflı:
4) Bu cavabı oxuyun: İstiğfar duası necədir?
5) Cəhənnəmdə kafir olaraq ölənlər və münafiqlər əbədi qalacaq. Daha ətraflı:
6) Müsəmanın özünü Allah qarşısında müqəssir bilməsi yaxşı əlamətdir, lakin bu insanı Uca Allahdan ümidini kəsməsinə gətirib çıxarmamalıdır. Allahdan ümidi kəsmək günahdır və bu kafirlərin sifətidir. Ümidsizlik şeytandandır. Daha ətraflı: Allahdan ümidi üzmək günahdırmı?