şübhələr

Allaha şərik qoşan, namaz qılmayan insanla evlənməyə görə Allah mənə qəzəblənərmi?

    24.11.2018
Sual: 
Əssalamu aleykum.men evlenmek haqqinda sizden meslehet isdeyirem. 19 yasm var dinime cox bagli birirem dinin butun emrlerini hevesnen yerne yetrmeye can atram. ama evlenmek haqqinda problem yasayram her kes musrikdir. Etrafmda olanlar Allah a serik qosanlardir men onlarla evlebe bilmerem axi. Gerey evlendiyim adam muselman olsun en azi menim kim kimi olmalidir.. bir adam var xalam ogludur ama namaz qilmr evlenende sora qilacam deyir indi islediyim ise gore alnmr. Men muselman olmayan namaz qilmayan biri ile evlensrm Allah mene cox qezeblener?
Cavab: 
Və aleykum Salam. Sizin müşrik adlandırdığınız şəxslər özlərinə müsəlman deyirlər, lakin bilməyərəkdən şirk, küfr əməllər edir, namaz qılmır və İslamın buyurduğu digər ibadətləri yerinə yetirmirlərsə, bu o demək deyildir ki, onlar müşrikdirlər.

İbadət etməklə yanaşı tövbə etsəm də, özümü günahkar hiss edirəm, nə edim?

    22.11.2018
Sual: 
salam eleykum, men her 1ci ve 4cu gunler oruc tuturam namazlarimi eksiltmirem sunnetlerinide qiliram ama yenede ozumu gunahkar imi hiss edirem ne etmeliyem basqa xais edirem deyerdiz tovbede etsemde yenede eyni olur.. dusunurem goresen olsem allah gunahlarimi bagislayib axiretimde mukafatimi verer vermez diye dusunurem caizlikdi bu? Allah razi olsun
Cavab: 
Və aleykum Salam. İslamda nəyin günah olması açıq şəkildə bəyan edilmişdir. Əgər günahdan tövbə etmisinizsə, bilin ki, Allah tövbələri qəbul edəndir. Bundan sonra hislərə qapanaraq özümü günahkar hiss edirəm, görəsən tövbəm qəbul oldumu, rahatlıq tapmıram və s. buna bənzər vəsvəsələrə uymayın.

Bilməyərək bir müddət möhürlə qıldığım namazlar qəbul olunurmu?

    16.11.2018
Sual: 
Salam,size sualim beledir,men 1 ildir namaz qiliram ,indiye qeder mohurle namaz qilmisam indi bu saytda bunun yalnis oldugunu bidet odugunu deyirsiz,beli Peygemberimiz mohursuz namaz qilmisdir amma bir mesele varki Peygemberimiz torpaq uzerunde namaz qilmisdir buna gorede alni mohure qoymaq ehtiyac olmamisdir biz xalca uzerinde namaz qildigimiza gore alnimizda torpaga deymir buna gorede namAz mohurle qilinir, indi bilmirem mohurle namaz qılmaq duzdur yoxsa yalnisdir?eyer sehvdirse men 1 il erzinde namazim batil olmus olurmu?xahis edirem cavab yazardiz ,ALLAH RAZİ OLSUN cox sag olun
Cavab: 
Və aleykum Salam. Möhürlə namaz qılmaq doğru deyildir, çünki bunu nə Peyğəmbərimiz, nə də səhabələr etmişdir.

Dindən xəbəri olmayanlar Cənnətə girəcəkmi və onları dinə dəvət etmək lazımdırmı?

    18.08.2018
Sual: 
- 1.biz bilirik kidindən xəbərsizlər buna görə cəzalanmırlar 2. Əsl həqiqəti bu din bilir 3. (və ən maraqlısı) Bu həqiqəti insanlara öyrətmək lazımdır. Yəni burdan o məntiq çıxır ki, yaxşı əgər dindən xəbərsizlər onsuzda cənnətə gedirsə , onlara dini yayamağın ,dini öyrətməyin anlamı nədi?(bəs onda niyə siz Cənnətlik camaatı zibilə salırsız?)
Cavab: 
Salam aleykum. Dindən xəbərsiz, dəvət ona gəlib çatmamış insanların birbaşa Cənnətə girəcəyi fikri səhvdir. Uca Allah onları qiyamət günü xüsusi imtahan edəcək və bundan asılı olaraq Cənnətə və ya Cəhənnəmə girəcəklər.

Kişinin 4 qadınla evlənə bilməsi qadının dəyərsiz olmasını bildirirmi?

    19.06.2018
Sual: 
Salam.Kişi 2 ve ya 3 qadınla evlənir.Amma qadınların heç biri bu vəziyyətdən razı deyil,yeni xoşbəxt deyiller.. Kişi isə deyir ki, Allah 4 qadınla evlənməyimə izin verib.. Sizcə bu doğrudu? İslamda qadının yeri bu du?
Cavab: 

Va aleykum Salam. Ədalətlə davranacağı təqdirdə kişinin bir neçə qadınla evlənə bilməsi Allahın hökmüdür. Allahın hökmü isə ən ədalətli və hamı üçün xeyirli olan hökmdür. O, buyurur: "...xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin.

Səhabələr kimin yolunda olublar?

    26.05.2018
Sual: 
salam aleykum.Mene deye bilersiniz sehabeler kimin yoluyle gedibler?Daha deqiq desek bu hedisin sehihliyi ve ya menasi sehabelerin duz yolda olmadigina getirib cixarmir ki?Yeni ki.eger selefiler sehabelerin yolu ile gedirlerse,onlar da peygember s.a.s in yolunda olublarsa ne problem var ki? Özlərini sələfi adlandıranlar, sələfi-salehin yolunu getdiklərini deyirlər. Peyğəmbərimiz (s.a.s ) demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir".
Cavab: 
Va aleykum Salam. Qeyd etdiyiniz hədis səhihdir, səhabələr Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yolu ilə gediblər.

Heyvanı kəsərkən ona rəhm etmək haqqında hədisi necə başa düşək?

    26.05.2018
Sual: 
Salam sualım budurki eger Allah qoyunu kesemeye bize vacib buyurubsa qurbanlıq olaraq meselen bes neye gore basqa but hedisde buyurubki peygember siz qoyunu keserken ona rehm etsez Allah da size qiyamet günü rehm edecek yeni demek istiremki olmazki heç qoyun kesmiyek rehm edek Allahın buyurduğu kimi? Birde sualım odurki quzunu kesmek olar? Üç günlük korpe quzunu? Günah deyilki?
Cavab: 

Va aleykum Salam.

Dualarımızda istədiyimiz hər şeyi əvvəlcədən Allah bizim üçün təqdir edibsə, nə üçün dua edirik?

    02.05.2018
Sual: 
Salam.Quranda(76:30)da yazıbki "Allah istəmədikcə siz istəyəməzsiniz", Birdə Hz Əli deyibki "Allah qəbul etmədiyi duanın əllərini səmaya açtırmaz" mən namazdan sora dua edəndə Rəbbimdən istəyirəmki imanlı qullarını,ailəmi,məni xəstəliklərdən(sağalmayan), bəlalardan uzaq eylə günahlarımızı bağışla və s. burdan belə çıxırki mənim duada istədiklərimi Rəbbim də isdəyir deyə və duamı qəbul edib istədiklərimi mənə verəcəy deyə mən Rəbbimdən bunları istəyirəm?
Cavab: 

Va aleykum Salam. Uca Allah yaratdığı her bir şeyin qədərini öz dərgahındakı Lövhi-Məhvuz adlı kitaba yazmışdır.

"Müttəqi" və "etikaf" sözlərinin mənası nədir?

    14.04.2018
Sual: 
Salam.Size bir nece sualim olacaq 1."Mütteqi" sözünün menasi nedir? 2."Etikaf"ne demekdir? 3.Siz selefi mezhebindensiniz? 4.Mezheb secmek vacibdirmi? Indiden tesekkürümü bildirirem.Cox sag olun!
Cavab: 
Va aleykum Salam.
1. Müttəqi sözü çəkinən, özünü qoruyan deməkdir. Müttəqi Allahın əmr və qadağalarına riayət edərək özünü Onun əzabından qoruyan kəsdir. Bu, yalnız mömin bəndəyə xas olan sifətdir. Uca Allah buyurur:

Pages