Əgər namaz günahlardan çəkindirirsə, onda niyə namaz qılan qohumlarım günah edirlər?

    09.12.2018
Kimdən: 
.....
Sual: 
Salam.1.deyilirki namaz qilmayan cennete gire bilmez.,ammaki peygemberlerdende hedisler varki 1herif oyretmek savad vermek yaxsiliq (bezi yaxsiliqlar varki)60ilin ibadetini etmis kimi olursan.yeni bu tezadli fikre cavab isteyirem.2.namazi yaxud quran ayelerini oz dilimde demek isteyirem bu daha duzgundu mence anlayaraq demek namazi..3bu dunyada evli cutlukden biri cennet biri cehenneme dusse kimle evlenir cennetdeki axi deyirsiz cennetde bu dunyada axrinci evlendiyin kimdise onla evlenirsen..4birdeki namaz qilan duz yolda olur duz yolda qalir insani pis emelden uzaqlasdirir deyirsiz amma oz qohumlarim daxil en pis aile dagitmaqla mesguldular bu cennete dusurse cehhenem daha yaxsidir mence
Cavab: 
Və aleykum Salam.
1. Allahın razılığını qazanmaq üçün edilən hər bir yaxşı işin əvəzi Qiyamət günü veriləcək. Amma namaz qılmamaq böyük günahdır və bunu əvəz edə bilən başqa əməl yoxdur. Ona görə də namaz qılmaq hər bir müsəlmana vacibdir. Qiyamət günü bəndədən ilk soruşulan əməl məhz namaz olacaqdır. Namazı əvəz edə biləcək bir əməl yoxdur və namaz qılmamaq insanın cəhənnəmə düşməsinə səbəbdir. Ümumiyyətlə Allahın fərz buyurduğu əməlləri əvəz edəcək başqa heç bir əməl, ibadət yoxdur. Daha ətraflı:
2. Namaz yalnız ərəb dilində qılınmalıdır. Quranı da nazil edildiyi kimi ərəb dilində oxumaq daha yaxşıdır. Lakin ərəb dilində oxuya bilməyən kəslər onun mənalarını anlamaq üçün ana dilimizdə oxusunlar. Daha ətraflı:
3. Kişilər Cənnətdə hurilərlə və ya əri olmayan qadınla evləndiriləcək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Səhih Muslim, 4382). Daha ətraflı:
4. Şübhə yoxdur ki, namaz insanı günahlardan çəkindirir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45). 
Kim həm fərz, həm də nafilə namazları vaxtlarına, dəstəmazına, rukusuna və səcdəsinə riayət edərək qaydasında qılarsa, namaz onu günahlardan çəkindirər. Lakin, əgər insan namazı ancaq formal olaraq icra edir və fikrini namazın sözlərinə yönəltmirsə, onun namazı ayədə qeyd olunan namaza aid edilmir. Ona görə də belələri namazı bitirdikdən sonra günahı inkar etmir. Həmçinin, Uca Allah buyurur: "Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakarlıq edir və az bir şey verməkdən belə imtina edirlər". (əl-Maun, 4-7).
Bu ayələrdə namazlarına laqeyd yanaşanlara ciddi xəbərdarlıq edilir. Bu o kəslərdir ki, namaz qılarlar, lakin namazlarına əhəmiyyət verməz, onu layiqincə yerinə yetirməz və onun fəzilətli vaxtını gecikdirərlər. Həmçinin, namaza daxil olduqda qiyamı, rukunu, səcdəni, eləcə də namazda oxunan Quran ayələrini və zikrləri layiqincə yerinə yetirməzlər. Məhz belələri namazlarında səhlənkardırlar. Onlar xeyirxah əməllər etdikdə Allaha yaxınlaşmaq deyil, insanların rəğbətini və hörmətini qazanmaq məqsədini güdürlər. Onlar sədəqəni insanlar "nə səxavətli insandır" tərifləsinlər deyə verirlər. Həmçinin, namazı insanlar "onun namazı nə gözəldir" tərifləsinlər deyə gözəl bir şəkildə qılırlar. Onlar ibadəti Allah üçün etməklə yanaşı insanların da tərifini güdürlər. Məhz belələri riyakardırlar. Həmçinin oxuyun:
Paylaş: