ailə

Öz istədiyimiz şahidləri aparıb kəbin kəsdirsə bilərikmi?

    04.12.2015
Sual: 
Salamu eleykum eziz baci ve qardaslarim.Sizden mene komek etmeyinizi xais edirem.Men kecen ay herimolub yeni meni bir oglana veribler.Indi biZ isteyirki kebin kesidirek gorusmek bize haram olmamasi ucun ama valideyinler bizi basadusmur deyirlerki toya az vaxt qalmis edersiz ama toyada 7-8ay var hele.Bizim indi hemiz olub insAllah nisanimizda olacaq .ozumuzden sahid goturub gedib kebin kesdirsek duzgun olarmi?kebin olmasa valideynler bizi mecbir gunaha salacqlar cunki ne qeder olamasa yaxinliq olacaq arada.7-8ay erzindede nece olsunki gorusmeyek biz qalmisiq bele bilmirik ne edek.Bize bir komek
Cavab: 
Və aleykum Salam. Valideynlərdən icazəsiz və onların təyin etdiyi şahidlər olmadan kəsilən kəbin batildir. Çalışın ki, toya qədər bir-birinizlə təklikdə qalmayasınız. Əks təqdirdə zinaya düşə bilərsiniz.

Ata ilə küsülü qalmaq olarmı?

    27.11.2015
Sual: 
Salam.Menim atam qelbime cox deyib cox sozler deyib mene bilmirem indi neyleyim danismiram atamla ureyim sindigina amma Allah buyurur valdeynize yaxsiliq edin men bagisladim ama yene atam incitmekdedi meni bilmek isteyirem menim namazimi onda sayilmir Allah qarsisinda?
Cavab: 
Və aleykum Salam. İstər ata, istərsə də ana xətrinizə dəyəndə, səbrlə və mülayim şəkildə onları başa salmaq lazımdır, lakin, nə ata ilə, nə də ana ilə küsülü qalmaq olmaz. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.

Xahiş edirəm ki, qohumlarımla barışmağın yolunu göstərin

    22.11.2015
Sual: 
Men evime teze kocmuwem Amma bir dene qohum eqraba qapimi acib iceri girmir. Mende kusmuwem. Mrn hec cure onlarin gelmemeyinin srbrbini bilmirem. Hec vaxt haqsiz birinin malini yeyen. Hormetsizlik eden .qesb eden olmamiwam. Mene olunam bu haqsizligi ozume derd edirem. Mene komek edin
Cavab: 

Salam aleykum. Qohumluq əlaqələrini kəsmək haramlardan sayılır. Uca Allah buyurur: "(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allah­dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun.

Valideynlərim hicab bağlamağıma və sevdiyimlə ailə qurmağıma etiraz edirlər...

    22.11.2015
Sual: 
salam.menim sevdiyim var ve onu evlenmek meqsedile sevirem.ama bize qarwidi evdekiler.anam hicab baqlamaqa izin vermir ,özu namaz qilir. Saytnizdan oyrediyim weyleri tekrar ona bildirdikda bidat olduqunu deyenda men bele gormuwem nenemdan deyir.ama sevdiyim ehli sunnedi menda peygemberin yolunu getmek ve bu bidetlerdan yaxa gurtarmaq isteyirem.ona gorada sevdiyimle evlenmek istirem.her halda valideynler ureklerinda xeyir dua verir ovladina bu duzdur?ama onlarin dedikleriyle evlensem yene bu bitet emelerdan elcekmeye goymazlar.axi men ne edim?
Cavab: 

Və aleykum Salam. Valideynlərin hicab geyinməyə icazə verməmələri düzgün olmadığına görə, bu məsələdə onlara itaət etmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Yaradana asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).

Pages