ailə

Qız nişanı qaytarmaqla oğlanın haqqına girirmi?

    19.06.2024
Sual: 
Salam meni ailem istəmədiyim biriylə nişanladı. Anam tanı istəyəcəksən dedi məcbur hecnə edə bilmədim ama tanıdıqca ona dahada nifrət edirdim. 6 ay sonra dözə bilmədim nişanı qaytardım. Ona səni istəmirəm dedim. Onun qul haqqı məndə qaldımı? Ondan hallalıq ala bilmərəm,necə qul haqından qurtula bilərəm?İndi istədiyim var necə edim ona bu qulhaqından ziyan dəyməsn.
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, qız evlənmək istədiyi oğlanı bəyənmirsə, ailəsi onu buna məcbur edə bilməz. Çünki nikahın şərtlərindən biri də hər iki tərəfin razılığıdır. Bu barədə ətraflı oxuyun:

Qayınana izn almadan gəlinin otağına girə bilərmi?

    15.06.2024
Sual: 
Es selemu aleykum xaiş edirem cavablandırın. Bezileri deyirki evlenen cütlüklerin otağına qaynananın girib baxmaqı doğru bir şeydir. Lakin men bu fikirle razılaşmıram islamda bele şeyin caiz olmadığını bilirem çünki o, otaq özel alan kimini bilinir, ve bu fikir cahillerin düşüncesidir deye düşünürem. Xaiş edirem bunun doğru olub olmaması barede bir cavab yazasınız, islamda bele bir şey caizdirmi?
Cavab: 

Və aleykum Salam. Dinimizə görə ər-arvad öz otaqlarında olduqları zaman icazə almadan kiminsə ora girməsi qadağandır. Fərq etməz istər valideyn olsun, istər qeyriləri. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər!

Dinimizə görə toy gününün ertəsi "üzə çıxdı" mərasimi etmək olarmı?

    15.06.2024
Sual: 
Əssələmu aleykum. Üzr istəyirəm belə bir adət var toy edənə üçün deyirlər sabah üzü çıxdı edilir. Belə bir şey etmək düzgündürmü ? Mümkündürsə sualıma hal hazırda cavab yazardız
Cavab: 

Və aleykum Salam. Ümumiyyətlə dinimiz şəriətə müxalif olmayan adət-ənənələri qadağan etmir. Əgər qeyd etdiyiniz adət şəriətə müxalif bir adət deyilsə, yəni bu adətdə şəriətə müxalif hər hansı bir əməl (müsiqi, içki və s.) yoxdursa, bu adəti etməkdə bir qəbahət yoxdur. Həmçinin oxuyun:

Uzun müddət bir oğlanla yazışan qız tövbə edərsə oğlandan halallıq almalıdırmı?

    15.06.2024
Sual: 
Salam Aleykum. Men sosial media uzerinde bir oglanla tanis olmusam. Bir muddetdir yazisiriq lakin islam exlaqina ziddir deye elaqeni kesmek istwyirem. 1) Oglandan halalliq almaliyam? Cunku bir defe ona deyende mene dedi ki, ancaq evlensek haqqini halal eder. 2) ileride kimlese nisanlansam ona bunu xeber etmeliyem? Yoxsa gizletsem olar? Cunku oglanla ancaq yazismisam. basqa hecne. Sualmi cavablandirsaniz mene komeyiniz toxunar. Allah da size komek olsun hemise.
Cavab: 

Və aleykum Salam. 

Ər-arvad boşanma barədə razılığa gəliblərsə bu, boşanma sayılırmı?

    09.06.2024
Sual: 
Salam Aleyküm boşanmada qarşılığlı anlaşıb boşanıblarsa kəbin pozulmuş sayılır yoxsa kəbin geri oxunmalıdı
Cavab: 

Və aleykum Salam. Boşanma kişi qadına "səni boşadım" və ya bu mənada bir söz deməsi ilə baş verir. Əgər ər-arvad qarşılıqlı boşanmağa razılıq veriblərsə və kişi boşadığını dili ilə ifadə edibsə, bu artıq boşanma sayılır. Ətraflı oxuyun:

Qızın atasının icazəsi ilə qızın və oğlanın iştirakı olmadan kəsilən kəbin etibarlıdırmı?

    29.05.2024
Sual: 
Salam.Xahiş edirem cavablayasız.12 ildir aileliyem.2 övladimız var.Aile quranda kebini qaynatam yazdırıb.Tek gedib.Amma atamın xeberi var idi.Ne yazıldığını da bilmirik.erebce olduğu üçün.Qaynatam hem de dayımdı.Ne yoldaşım ne men kebinde iştirak etmemişik.Allah qorusun bele halda günah etmiş sayılmırıq ki?Düzgündü İnşaAllah ki?
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun:

Analığım atamla mənim aramı vurmağa çalışırsa ona barəmdə danışmağı qadağan edə bilərəmmi?

    29.05.2024
Sual: 
Salam,anam rəhmətə gedəndən sonra atam onun bacısı ilə ailə qurub yəni ögey anam öz doğma xalamdır. Məni yaxşı böyüdüb və sevir. Ancaq bir məsələ var ki yoldaşımı bəyənmir aralarında problem çox olub deyə yoldaşım ona cavab qaytarıb deyə yoldaşını qəbul etmir və onu boşamağımı istəyir. Əlavə olaraq başqalarının yanında mənim haqqımda pis şeylər danışır atamı mənə qarşı doldurur. Ona mənim birdə adımı tutub danışmaması üçün qadağa qoya bilərəmmi ? Əks halda atama məndən pis danışa danışa sağlamlığına zərər vuracaq nə edim? Ancaq fitnə fəsadla məşğuldur
Cavab: 

Və aleykum Salam. Əgər həyat yoldaşınız sizə qarşı münasibəti yaxşıdırsa və əxlaqi cəhətdən ondan razısınızsa, bu halda ailənizi qorumağa çalışın. Analığınız sizinlə atanızın arasını vurmağa çalışırsa, onu gözəl şəkildə bu əməldən çəkindirin.

Ər və arvad uzun müddət üzrsüz səbəbdən ayrı qalarsa nikah pozulurmu?

    27.05.2024
Sual: 
Əssələəmu aleykum və rəhmətullahi və bərəkatuhu Əgər ər və arvad uzun müddət üzürsüz səbəbdən ayrı qalarsa nikah oz ozluyunda dusurmu yoxsa bu haram sayilir
Cavab: 

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Bu cavabları oxuyun:

Uzun müddət ayrı yaşayan ər-arvad kəbini təzələməlidirmi?

Şeytan uşağın əynindəki yağlı paltarla bəslənir fikri doğrudurmu?

    27.05.2024
Sual: 
Selam Aleykum usaq yatanda yuxuda diksinir buna sebeb yagli paltarda yatmaqi ola biler şeytan onunla beslenir bele esitmisem ne derecede dogrudur
Cavab: 

Və aleykum Salam. Uşağın yuxuda diksinməsinin yağlı paltarla heç bir əlaqəsi yoxdur. Şeytanın yağlı paltarla bəslənməsi doğru deyil və dinimizdə bu barədə heç nə deyilmir. Ətraflı oxuyun:

Pages