ailə

Qaynanamla illərdir yaşadığım problem və təhqirlərə qarşı necə davranmalıyam?

    24.05.2026
Sual: 
Salam. 13 ildi evliyəm qaynanam yola vermir məni oglun mənən qısqanır mənim paxıllıgımı edir üstümə şər atır fitnə fəsadçıxarır söz söhbət qışqırıq salır evə , məni təhqir edir agzımı əyir , bir ildiki məndə məsafə qoymuşam nə deyir dinmirəm tamamilə ünsiyyəti kəsmişəm. Çox çarəsizəm bilmirəm artıq nə edim Rəbbimnən çıxış yolu istəyirəm
Cavab: 

Vaə aleykum Salam. Bu cavabları oxuyun:

Hamilə qadına mütləq qurban kəsilməlidirmi və yaxud kəsmək icazəlidirmi?

    16.05.2026
Sual: 
Hamilə qadına mütləq qurban kəsilməlidirmi? Və yaxud kəsmək icazəliidirmi?
Cavab: 

Əssələmu aleykum. Hamilə qadın üçün xüsusi olaraq mütləq qurban kəsilməsi vacib deyil və şəriətdə belə bir hökm yoxdur. Əgər ailəsi ana bətnində olan övladın sağ-salamat dünyaya gəlməsi üçün Allaha yaxınlaşmaq məqsədilə qurbanı kəsmək istəyərsə, bu icazəlidir və bunda problem yoxdur.

Uşağa "Asiya" adını qoymaq olarmı?

    15.05.2026
Sual: 
Salam aleykum. Asiya adi ile bagli sual cavab olub ama mene tam aydin olmadi.. meselen biz usaqa adi nece qoyag bes?? Yeni Asiya yazdirdiq adin .. dogrumu bele?? Dogru deyilse duzgunun yazardz hansi formada yazdiraq ve usaqi ele cagiraq. Xahis edirem aydin formada izah edin
Cavab: 

Və aleykum Salam. "Asiya" adı ərəb dilində "günahkar" mənasını verdiyi üçün bu adın uşağa qoyulması doğru deyil. Ətraflı bu cavabları oxuyun:

Asiyə adının mənası nədir?

Rahatlığımı itirmək qorxusuna görə evlənməkdən çəkinməyim doğrudurmu?

    07.05.2026
Sual: 
Salam sizcə evlənməyə qarşı qorxu neden ola bilər?
Cavab: 

Və aleykum Salam. Bu qorxuların bir hissəsi şeytanın vəsvəsəsidir. Şeytan evliliyi çətinlik kimi göstərib sizi xeyirdən uzaqlaşdırmaq istəyir. Peyğəmbərimiz ﷺ evliliyə təşviq etmiş və onda həm dinin qorunması, həm də qəlbin rahatlığı üçün xeyir olduğunu bildirmişdir. Bu barədə ətraflı oxuyun:

Vəsvəsə və gələcək qorxusu səbəbilə sevdiyim insanı incidirəm, qəlbimi düzəltmək üçün nə etməliyəm?

    26.04.2026
Sual: 
Salamun Aleykum, hoca. 3 ildir ciddi münasibətdəyəm. Ətrafdakı uğursuz ailələri görüb gələcək qorxusu və vəsvəsəyə qapılıram. Bu qorxular məndə ani duyğu partlayışları yaradır, istəmədən sevdiyim insanı incidib günahlandırıram. Əslində niyyətim pis deyil, lakin bu "şizofren" hisslər münasibəti bitirmə həddinə çatdırıb. O artıq mənə inanmır, "sən dediyin adam deyilsən" deyib uzaqlaşır. Mən isə ağır vicdan əzabı çəkirəm, özümü tanıya bilmirəm. İslamın bu cür vəsvəsəli duyğuların idarəsi və qırılmış qəlbi bərpa etmək üçün məsləhəti nədir?
Cavab: 

Və aleykum Salam. Bu hal vəsvəsədir və şeytandandır. Bu vəsvəsələri rədd edin, ona tabe olmayın və nəfsinizi cilovlamağa çalışın.

Bacımın mənə haqsız yerə etdiyi bəddua təsir edə bilərmi?

    26.04.2026
Sual: 
Salam.Mənim bacım cox pis yoldadi.Cadu ozu dediyi ag cadu edirem.Atam Şəhid,anam da dunyasini deyişdi.mulk ustunde bizimlə dalashdi(2 otaqli ev ona verilib ana dunyasini deyishenden sonra)deyir anamizin yigdigi pulu (hansiki bele hal yoxdu)siz bolmusuz .Sher bohtan atir Qardashimla menim ustume.Ve biz onunla tam elaqeni poxmaq qerarina geldik cunki bizi her yerde tehqir edir ,pis sozler deyir.son ses yazisinda o bize ele qargishlar tokduki qardashim ve menim aileme.bela oxudu urekden defelerle.amma heqiqeten bize olmayan sheye sher atib.Sualim : qargishi tuta bilermi?cunki qardashimla menim ai
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Ər-arvad ayrı qaldıqda bir-birinə qarşı duyduqları şəhvani arzuları günah sayılırmı?

    20.04.2026
Sual: 
Salam aleykum. İnsanın yoldaşı ilə bağlı arzuladığı şəhvani hislər günah sayılırmı. Amma onlar ayrıldılar yəni ər iş ilə əlaqədar başqa ölkədədi. Yaxud da hələ nişanlıdılar(aralarında kəbin var)
Cavab: 

Və aleykum Salam. Ər və arvadın bir-birini düşünməsi icazəlidir.

Bir insanı halal həyat yoldaşı kimi Allahdan istəmək olarmı?

    20.04.2026
Sual: 
Salam men size sual vermek isteyirem bir insanin bize halal qismet olmasi ucun aile heyati qurmagimiz ucun Allahdan onu xeyirlisi ile istemek olarmi yoxsa Allahin acigina gedir bele seyler
Cavab: 

Və aleykum Salam. Allahdan bir insanı halal şəkildə qismət olması üçün istəmək icazəlidir və bu, Allahın qəzəbinə səbəb olmaz. Lakin istək belə olmalıdır: "Allahım! Əgər bu mənim üçün xeyirlidirsə, onu mənə nəsib et!", çünki insan hansı işin onun üçün xeyirli olacağını bilməz.

Vaxtilə atamın qəbrinə şəkilli mərmər daşı qoymuşam, indi onu söküb şəkilsiz sadə daşı ilə əvəz etməyim lazımdırmı?

    20.04.2026
Sual: 
Salam Aleykum mən vaxtı ilə namaz qılmadığım vaxt atama üzərində şəkil olan qara mərmərdən qəbr daşı qoymuşam. İndi onu söküb sadə şəkilsiz edə bilərəm.
Cavab: 

Və aleykum Salam. Əgər ailədə söz-söhbət və narazılıq olmazsa, sözsüz ki, qəbri şəriətə uyğun etmək yaxşı olar. Ətraflı bu cavabı oxuyun:

Pages